90-cı illərin Chrysler konseptləri. 90-cı illər okenanın digər tərəfində avtomobil istehsalının çiçəklənməsi, inkişaf dövrü hesab olunurdu. Bu dövr avtomobil bazarına olduqca gözəl və əvəzedilməz maşın markalarının gəlməsi ilə yadda qalmışdır. Detroyd üçlüyünün hər bir iştirakçısı gözəllik anlayışına öz baxış bucağı ilə baxsada, Chryslerçilər dizayn mövzusunda xüsusi ilə seçilmişlər.

Sıçrayış dövründə avtomobil istehsalçılarının və həvəskarlarının otaqlarını məhs bu maşınların şəkilləri və posterləri  bəzəməkdə idi. Formalar olduqca müxtəlif olsada, Chrysler və Dodge qalireyaları olduqca böyük rəğbət qazanmaqda davam edirdilər.Bunun səbəbi isə yalnız “amerikalılara” olan məhəbbətlə bağlı deyildi. Önəmli tərəf onların görünüşlərinin həqiqətəndə dəlisov və inanılmaz olmasında idi. Avtomobil istehsalında bu görüntülər ciddi fərqlər yaradır və tamami ilə fərqli bir nüyanslar ortaya çıxarırdı.

Avtomobil sahəsi ilə yaxından maraqlanmayan insanlar belə yaxşı bilirlər ki, 90-cı illərdə Chrysler dizayner komandasının başında tərzdən dəqiq məlumatı olan, xüsusi dəsti-xətti ilə önə çıxamağı bacaran Thomas Gale dayanırdı. O zamanlar onu “Chrysler adamı” deyə səsləyirdilər.

90-cı illərin Chrysler konseptləri

Gale öz zamanının gələcəyi günü xeyli vaxt gözləməli olmuşdur. O Buickin mühəndis ailəsində anadan olur və sonradan, 1967-ci ildə Chryslerə keçid alır. Gale Masl-carların əsrinin şahidi olur, 70-ci illərin tənəzzülünü yaşayır, K-car platformasının hazırlanmasında yaxından iştirak edir. Məhs bu platforma əvəzedilməz konserni müflis olma vəziyyətindən xilas edir. Thomas Galenin fəaliyyətinin pik nöqtəsi 1985-2000-ci illər hesab olunur. Məhs bu dövürdə Chryslerin baş dizayneri vəzifəsinə yüksəlir. Dəbin ikonası hesab edilən, LH platforması üzərində yığılan qarışıq önə çıxan kabinaya sahib Dodge Viper dizaynının 1994-cü ilin Dodge Ramı kimi yeniliklər məhs bu dövürdə yaranmış olur.

Lakin, bu günki məqaləmizdə diqqətinizə nisbətən fərqli modelləri çatdırmaq istərdik.

Chrysler 300 Concept

1989-cu ildə Dodge şirkəti Viper supercarın portatipini təqdim etdi. 1922-ci ildə isə monstırı satışa çıxartdı. Dəlisov sənət əsəri Shelby Cobranın ideoloji əvəzləyicisi kimi düşünülmüşdür. Nəticədə qısa zaman ərzində Ştatların sərhədlərindən kənarda belə detroy gücü kimi arzuolunan olmağı bacardı. İdeal top model hesab edilir. Chrysler şirkəti isə öz növbəsində kolleqalarının yaratdığı avtomobili nəzərdən keçirərək öz supercarlarının necə ola biləcəyi haqqında düşünməyə başladılar. Şou-car Chrysler 300 1991-ci ildə istehsal olunaraq nəyinki öz axıcı kuzovu ilə, həmdə qeyri-adi obrazı ilə yadda qaldı. Beləliklə, qarşınızda olduqca yaraşıqlı sedan Viperdir. Sanki öz “əzələli” görüntüsü ilə dövrünün ən seçilən avtomobili hesab edilir.

Konsept əsasən Detroyın qızıl dövürlərıni xatırlamağa imkan yaradır. V10 mühərriki, 385 at gücü müxtəlif portotivlərdən götürülərək mexaniki sürətlər qutusundan çox böyük dörd qapılı avtomobilə bənzəyirdi.

90-cı illərin Chrysler konseptləri

Şəkillər həqiqi bu gigantın böyüklüyünü nümayiş etdirmir. Uzunluğu 5 245 mm təşkil edir. Kuzovun rəsmiləşdirmə elementləri və interyer əlavə reveranslar olmadan izləyiciyə soprtcar effekti bəxş edir.

Yanların düz və axıcı xətləri arxa suicide doorslarla ahəng təşkil edir, Rolls-Royce qapılarının açıldığı istiqamətə yön alır. Daxili oturacaqların quraşdırılma tərzi və panel idarəetmə sisteminin görünüşü isə supercar effekti bəxş edirdi. Eksperimental sedanın maraqlı xüsusiyyətlərindən biridə açarsız istifadə hüququnun olmasında idi. Salona xüsusi maqnit kartı ilə daxil olmaq mümkün idi.

Chrysler Atlantic

90-cı illərdə konsern xeyli sayda şou-carlara sahib idi. Lakin, Atlantic kupe 1995-ci ildə heç bir şübhə olmadan dizayn mərkəzinin ən incə nümunələrindən hesab edilir. Əfsanəyə görə o zamankı Chryslerin top meneceri və mühəndisi olan Bob Luts salfet üzərində eskiz çəkərək Galeyə göstərir. O isə öz növbəsində işçilərinə tapşırıq verir. Lakin, salfetdə çəkilmiş rəsm nümayiş etdirilmir. Məqsəd işçilərin kreativ yanaşmalarının məhdudlaşdırılmaması idi. Göstəriş verilərkən yalnız 30-cu illərin fransızsayağı kupesindən ilhamlanmalı olduqları bildirilir.

90-cı illərin Chrysler konseptləri

Əlbətdəki, icraçı qismində olduqca istedatlı dizayner, “Vayper”-in görüntüsünün müəllifi Bob Habbeç çıxış edir. İdeanın mənbəyi kimi isə əfsanəvi Bugatti Tyupe 57SC nəzərdə tutulur. “Amerikalı” həmin avtomobilin müasir interpretasiyasını hazırlamış olur.

Səhnədə nüamyişi zamanı o bir bomba effekti yaradır və xatirələrdən unudulmur. Ən əsas  yadda qalan xüsusiyyətləri isə cazibəli selueti və 3 251 millimetirlik təkər bazasına sahib olmasıdır. Ön diskin diametri 21 dyum, arxa isə 22 dyum təşkil edirdi. “Bayırdan və daxildən Chrysler Atlantic təmiz kupe hesab edilir, Sankı romantik fantaziyalar içində doğulub. Avtomobil dizaynlarının rəssamlar tərəfindən çəkildiyi anları xatırladır. Atlantic maşından daha böyük bir məvhumdur. Bu – geridə qoyduğumuz illərə hörmətdir, kupelərin istedatlı ustalar tərəfindən hazırlanmasının xatirəsidir.” – deyə yaradıcı bildirmişdir.

90-cı illərin Chrysler konseptləri

Proyektin maraqlı xüsusiyyətlərindən biri onun mühərrikinin V sayağı olmaması, 4,0 litirlik səkkizlik kimi formalaşmasıdı. 360 at gücünə sahibdir. Bəzi fikirlərə görə Gale avtomobilin seriyalı şəkildə istehsalını davam etdirməyə, bəzi fikirlərə görə isə məhdud sayda satışına başlamağı düşünürdü. Təəsüfki, heç biri olmadı, Chrysler Atlantic əvəzedilməz dizayn nümunəsi olaraq Uolter Chryslerin muzeyində saxlanılmalı oldu.

Chrysler Chronos

1998-ci ilin sedanının böyüklüyünə diqqət yetirin. Qədim yunan mifalogiyasına əsasən adlandırılmışdır. Diqqətlə baxdıqda onun hansı səbəbdən 90-cı illərin ən yaxşı amerikan eksperimenti hesab edildiyini anlamaq mümkündür. O həm kənardan baxdıqda gözəldir, həm də anatomiya baxış bucağından olduqca maraqlıdır.

Chronos keçmişə dayanaraq gələcəyə baxış idi. O Ghia atelyesinin 1953-cü ilin Chrysler D`Elegance şou-carının təsirlərinə məruz qalmışdır. Sankı sükanın arxasında yalnız super qəhrəman oturmalı idi. Təəsüfki, konsept heç kimə qismət olmur, sadəcə Chrysler 300 fərqli tərzi kimi təqdim edilmişdir.

90-cı illərin Chrysler konseptləri

Yəqinki, Chronos seriya şəklində istehsal olunaraq amerika bazarına çıxa bilsəydi Detroyd avtosalonlarında bir şok yaşadardı.  5 217 mm uzunluğa sahib idi.

90-cı illərin Chrysler konseptləri

Qəhərəmanımızın görüntüsü olduqca klassikdir. Yeri gəlmişkən burda mühəndislərin işi də dizaynerlərdən geri qalmır. Onlar Chronos 350-ni günclü V10 mühərriki ilə təmin etmişlər.

Avtomobil haqqında 50 maraqlı faktSon 100 ilin ən gözəl avtomobilləri

Fikirlərinizi bildirin.