7 məşhur sektant

518
7 məşhur sektant

7 məşhur sektant. Ulduzlardan hansı dini kultlardan uğurla çıxıb və kim indiyə qədər öz yerində sayır?

Tom Cruise
“Saentologiya Kilsəsi”

Aktyor artıq xeyli vaxtdır ki, saentoloqların sırasında aparıcı qüvvə hesab edilir. Hələ 90-cı illərin əvəllərindən ilk həyat yoldaşı Mimi Rocersin məsləhəti ilə sektaya maraq göstərməyə başlamışdır.

7 məşhur sektant

Yeri gəlmişkən, Tom Cruise özünü burda çox yaxşı hiss edir. Demək olar ki, Saentologiya Kilsəsinin önəmli reklam simalarından biri hesab edilir. Daim müsahibələrində özünü bu ortamda yaxşı hiss etdiyini və inamının disleksiya problemi ilə mübarizədə yardım etdiyini dilə gətirmişdir. O qədər sektaya aludə olmuşdur ki, buna görə üçüncü həyat yoldaşı Katie Holmeslə boşanmış və qızı ilə ünsiyyəti dayandırmışdır.

Fedor Çistyakov
“Yehova Şahidləri” (Rusiyada qadağandır)

Fedor Çistyakov 1995-ci ildən etibarən məşhur rusyalı musiqiçi və “Zero (Ноль)” qrupunun solisti “Yehova Şahidləri” sektasının sıralarında yer almaqdadır. Məhs burada narkotik, içki və sair bu kimi dırnaqarası həvəslərdən qurtula bilmişdir. Kulta qoşulduqdan sonra həyata baxışlarını tamami ilə dəyişmiş, bacardıqca sıradan insan kimi yaşamağa başlamışdır. 2017-ci ildə rusya höküməti “Yehova Şahidləri” sektasını ekstremal qruplaşdırma adlandırdığından musiqiçi ABŞ-a köçməli olmuşdur.

Amy Adams
Mormonizm

Amy Adams mormonlar ailəsində anadan olmuşdur. Müsahibələrinə inansaq, xanım bundan olduqca məmnundur. Sözü gedən cəmiyyətdə böyüməsi ona mədəni olmağı, həyatdan zövq almağı, digərlərinə səxavətli yanaşmağı örgətmişdir. İlk dəfə səhnəyə çıxmasına görə də, mormonlara minnətdardır. 5 yaşı olarkən atası ilə səhnəni bölüşmüşdür.

Bütün bunlara baxmayaraq, ciddi tərbiyyə səbəbi baxımından hələ də günah hissi yaşamalı olur. Misal olaraq, mormonların qaydalarına görə qadın bara əylənmək üçün yollana bilməz.

Val Kilmer
“Xristian Elmi”

Val Kilmer hələ də “Xristian Elmi” Protestant təriqətinin üzvüdür. Onun iştirakçıları hesab edirlər ki, istənilən xəstəlik duanın köməyi ilə müalicə oluna bilən illüziyadır.

7 məşhur sektant

Aktyor da bu fikrə sadiq qalıb və 2016-cı ildə boğazında aşkarlanan şişi müalicə etməkdən sona qədər imtina edir. Lakin, xəstəliyi kritik səviyyəyə çatdığı zaman xəstəxanada yatmalı olur. Bundan sonra da, məşhur inancını dəyişmir və sağalmasının səbəbini həkimlərin müdaxiləsində deyil, dualarının gücündə görür.

Michelle Pfeiffer
Bretarianlıq

2013-cü ildə The Telegraph dərgisinə verdiyi müsahibəsi zamanı Michelle Pfeiffer gəncliyində kultda iştirak etdiyini bildirmişdir. Kultun üzvləri bretarianlığı örgənir və təcrübədən keçirirdilər.

Təriqətin önəmli tərəfi insanların yeməksiz və susuz yaşaya bilmək bacarığına sahib olma inamından ibarətdir. İnsan yalnız günəş işığından qidalanmalıdır. Ancaq sekta üzvləri dərhal yeməkdən imtina etməyə çağırmırlar. Əvvəlcə öz evlərinə dəvət edirlər, pəhriz saxlatdırılar, “ağıl” öyrətdilər və zamanla fəlsəfəni aşılamaq üçün böyük pullar tələb edirlər.

Sektadan uzaqlaşmağa xanıma keçmiş əri Peter Horton kömək edir. Həmin illər o rahiblərlə bağlı film çəkir. Nəticədə xanım zamanla “günəş işıqğı ilə qidalanmanın” adi sektalarla fərqinin olmamasını anlayır.

Winona Ryder
“Göy qurşağı Canlı İşıq Ailəsi”

Winona Ryderin 8 yaşı olarkən onun valideyinləri ABŞ-ın Kaliforniya ştatındakı Mendosino şəhərciyində “Göy qurşağı Canlı İşıq Ailəsi” kommunasına köçürlər.

Sözü gedən icmanın üzvləri 1,2 kv km ərazidə yaşayır, heyvandarlıqla məşğul olur və insan svilizasiyasının nəaliyyətlərindən imtina edirdilər. Onlar elektrik enerjisi işlətmir, televizor və KİV-lərə baxmırdılar.

Aktrisa uşaqlıq illərini sevgi ilə xatırlasa da, gəncliyində bu yerlərdən qaçmalı olur. Xanım Hallivudu ram etmək istəyir və icma buna iradını bildirir.

John Travolta
“Saentologiya Kilsəsi”

7 məşhur sektant

John Travolta saentologiyanın daha bir üzvüdür. 1975-ci ildə etibarən sektaya qoşulmuşdur. O, bu sekta haqqında ilk dəfə “Hell Rain” filminin çəkilişlərində Con Habbardın “Dianatika” kitabını görəndə öyrəndi. Amma o, anasının ölümündən dörd il sonra bu təriqətin fanatik tərəfdarına çevrildi. Həyat yoldaşı Kelly Preston da 2020-ci il, dünyasını dəyişənə qədər kilsənin aktiv iştirakçısı olmuşdur. Şayiələrə görə, Scientologist ata ənənəvi təbabətdən əl çəkməsəydi və oğlunu dini ayinlərin köməyi ilə müalicə etməsəydi, bunun qarşısını almaq olardı.

Məşhurların ən qısa evlilikləriSEX-simvol statusundan imtina etmiş məşhurlar

Əvvəlki məqaləUlduzların zorlanma xatirələri
Növbəti məqaləİlk erotik fotoqraf Jacques Biedererin işləri

Fikirlərinizi bildirin.