Altı təkərə sahib şəhər və yarış avtomobilləri.

6 təkərli 16 avtomobil. Əlavə təkərlər yük və iri tonnajlı maşınlardan başqa xeçbeklərə, sedanlara, unversal ailə maşınlarına, hətda yarış bolidlərinədə gərəkli ola bilər. 16 seçilmiş avtomobil sizi bu fikirlərə inanmağa vadar edəcək.

Tyrrell P34

6 təkərli 16 avtomobil

Ən məşhur altı təkərli yarış avtomobilidir. Tyrrell P34 Formula 1-in iki tam sezonunu uğurla qət etmişdir. Ən yaxşı göstəricisi 1976-cı ildə İsveçdə keçirilən Qran-Pri zamanı qeydə alınmışdır. Eyni zamanda P34 “Yarış” filmində də nümayiş etdirilmişdir.

March 2-4-0

March Formula 1-in xəttində heç cür görünə bilmədi. Tyrrelldən ilhamlanaraq mühəndislər Marchı 1977-ci ilin yarışlarına hazırlamağa çalışırdılar. Fərq bu avtomobildə əlavə təkərlərin arxada olmasında idi. Təəssüfki, aparılmış sınaqlar zamanı sürətlər qutusunda problemlər aşkar olundu. Məsələnin həlli üçün çox zaman tələb olunduğundan proekt bağlanmışdır.

Williams FW08B

6 təkərli 16 avtomobilAltı təkərli avtomobillərlə bağlı Formula 1 mövzusunda sonuncu cəhd. Marchdan fərqli olaraq Williamsın prototipi özünü testlər zamanı olduqca möhkəm və sürətli göstərə bildi. Ancaq yenədə yarışlara daxil ola bilmədi. 1983-cü ilin reqlamentinə əsasən çox ayaqlılarla bağlı təcrübə artıq qadağa edilmişdir.

Pat Clancy Special

Altı təkərliləri görmək sevinci yalnız Formula 1-ə qismət olmayıb. 1948-1949-cu illərdə “İndianpolis-500” adlı avtomobil yarışları zamanı start xəttinə çıxan Pat Clancy Special iki çəkən arxa təkərlərlə təmin edilmişdir. Seçilən nailiyyətlərə sahib olmasada, saatda 230 km sürət yığa bilmişdir.

Alfa Romeo T33/6/12

6 təkərli 16 avtomobil

Alfa Romeo nisbətən fərqli tarixçəyə sahibdir. Beləki, avtomobil Silverstoun yarışlarda dözümlülüyün yoxlanılması testləri zamanı nahar fasiləsində oğurlanmışdır. Oğrular isə profisional maşın oğruları deyil, adi tineycerlər idi. Maşın tez tapılsada, artıq mühərriki çıxarılmışdır. İnanc səbəbindən avtomobil yarışlarda görümədi.

Covini C6W

İtaliyan sportcar Tyrrell bolidindən ilhamlanaraq yaradılmışdır. 4.2 litirlik V8 mühərliki ona saatda 300 km sürət yığmaq imkanı yaradır. Şassi kompozit materiallardan yığılmışdır.

Hispano-Suiza H6A Victoria Town Car

6 təkərli 16 avtomobilAltı təkərli avtomobillər ikinci dünya müharibəsindən avvəldə hazırlanmışdır. Şəkildə gördüyünüz maşın Hispano-Suiza şirkəti tərəfindən Barselonada yaradılıb. İkinci Qeorqi tərəfindən sifariş edilmiş və 35 min dollara alınmışdır. O dövr üçün bu məbləq kifayət qədər yüksək məbləq hesab edilirdi.

Tissier Citroen CX

Uzadılmış CX Tissier şirkəti tərəfindən yüklərin sürətli çatdırılmasını təmin etmək məqsədi ilə yaradılmışdır. Əlavə təkərlər demək olar ki, sürətə təsir etmirdi. Lakin, yük götürmə qabiliyyətini yarım tona qədər artırırdı. CX avtomobillərinin sonradan xeyli versiyaları yaradıldı: təcili tibbi yardım, təkərli evlər, aeraportlar üçün avtomobillər və s.

Leotard Renault 5

6 təkərli 16 avtomobilTissier-də olduğu kimi Kristian de Leotard da avtomobilə funksionallığı artırmaq üçün əlavə təkərlər qoşmaq istəyində olmuşdur. Maşın Renault-un bazasında hazırlanmışdır. Leotard Renault 5 6 təkər keçidinə malik olduğundan yolsuzluq avtomobili rolunu oynayırdı.

Panther 6

Bu gözəllik ictimaiətə 1977-ci ildə təqdim olunmuşdur. 8.2 litr həcmində Cadilacın mühərriki ilə təmin edilmişdir. Mühərlik oturacaqların arxasında quraşdırılıb. Bu fikir ona saatda 300 km sürət təmin etməli olsada, nəticə sübut olunmamışdır. İstehsal sayı iki nüsxədən ibarətdir.

Mini XXL

6 təkərli 16 avtomobilAvtomobil 2004-cü ildə Afina olimpiada oyunları üçün məxsusi hazırlanmışdır. Mini 6 metr uzunluqda uzadılıb limuzin görkəminə gətirilmişdir. Maşının içində mini-bar, televizor, hətda dincələnlər üçün iki nəfərlik baralaca hovuzda mövcutdur.

Briggs & Stratton Gasoline/Electric Hybrid

Briggs & Stratton şirkəti gələcəyin avtomobilini məhs bu cür təsəvvür edirdi. Görünüşlə bağlı düzü çoxda səhfə yol verməyiblər. Elektrikli cərəyanla 90 km yol qət edə, 2 silindirli benzin mühərriki ilə isə saatda 320 km/saat sürət yığa bilirdi. Lakin, 6 təkər ideası seçilən yeniliklərdən hesab edilmədi.

Sbarro Function Car

6 təkərli 16 avtomobilSbarro-nun 1978-ci ildə təqdim etdiyi konsepdi Cadillac Eldorado-un mobil ofis platformasında hazırlanmışdır. 3 tonluq avtomobil 8.2 litirlik, 350 gücündə V8 mühəriklidir. Salonunda 4 böyük həcimli kreslo, iş masası, televizor və telefon əlaqəsi mövcutdur. İlk başda 25 bu cür ofisin istehsalı nəzərdə tutulsada, sonradan ciddi marağa səbəb olmamışdır.

FAB 1

FAB 1-i xatırlamamaq mümkün deyil. “Buruvesnik” filimində göstərilmiş avtomobil. FAB 1 görünüşü ilə Ford Thunderbirdi xatırladır. Uzunluğu 8 metrdir. Buna baxmayaraq həm asvakt örtükdə, həmdə daşlı yollarda rahat hərəkət edə bilir.

Nautilus

6 təkərli 16 avtomobilDaha bir filim çəkilişlərində iştirak etmiş altı təkərli avtomobil. “Tanınmış centilmenlərin liqası” adlı filimdə nümayiş etdirilmişdir. Land Roverin bazasında hazırlanmış və 6.7 metr uzunluğunda olan maşının eni 2.7 metr təşkil edir. Təkərlərin diametri 24 düyümdür.

Mazda 323 6WD

Sonda Yeni Zellandiyadan olan əl işi. Mazda 323-un bazasında hazırlanmışdır. Bu avtomobilin nəyinki bütün təkərləri çəkəndir, o həmdə hrəkətə Mazdanın RX-7 rotor-poşen mühərriki ilə işə salınır. Maraqlısı isə ondadır ki, o bu cür bir yox, iki mühərrikə sahibdir.

Son 100 ilin ən gözəl avtomobilləriAvtomobillər haqqında 15 maraqlı fakt

Fikirlərinizi bildirin.