6 ekstremal idman rekordları

254
5 ekstremal idman rekordları 4

6 ekstremal idman rekordları. 7.6 kilometr yüksəklikdən paraşutsuz tullanmaq və ya 30 metrlik ölü dalğanın öhdəsindən gəlmək – bu kimi nəaliyyətlər üzücü sonluqla yekunlaşa bilər. Lakin, rekorda sahib insanlar bunun öhdəsindən gəlmişlər.

Uzun illər ərzində bütün dünyada özlərində güc tapan insanlar hündürlükləri fəth etməyə və ya bu hündürlüklərdən aşağı sürətlə enməyə cəht göstərmişlər. 6 ən ekstremal idman nailliyyətləri seçmələrində siz hələ də ağıla gəlməz nəticələrlə tanış ola bilərsiniz. Bu tarixi faktlar bir daha mümkün olmayan heç nəyin olmadğını sübut edir.

 Jamie Pierre

Jamie Pierre xizək üzərində hündürlükdən atlamağa görə dünya rekordu müəyyən etmişdir. Bunun üçün o ABŞ-ın Vayomiq ştatında 78 metrlik qayanın zirvəsinə qalxmışdır. Uçuş zamanı o başını aşağı doğru əymişdir. Bu halda tamami ilə baş geyimsiz idi. Ekstremal qalın qar təbəqəsinə yıxıldığından bəxti gətirərək yalnız dodağı partlamışdır.

Gara Magdamara

Məşhur havay sörfinq ustası Gara Magdamara ən yündür dalğanı fəth edərək rekorda imza atmışdır. Portuqaliya sahillərində Nazarı qəsəbəsi yaxınlığında idmançı on mərtəbə hündürlüyündə olan dalğanı ram edə bilmişdir. Hündürlüyü 30.5 metrə çatmışdır. Dalğa sualtı kanyonda formlaşmışdır. Bu kimi qərb dalğaları sayəsində bu ərazilər olduqca populyar və seviləndirlər.

Dana Kunze

Haydayvinq – suya ekstremal hündürlükdən tullanmaqdır. Bu idman növü olduqca təhlükəlidir. Çox vaxt rekordlar ciddi xəsarət halları ilə müşahidə olunur.

Bu tullanışların birini 1983-cü ildə ABŞ-dan olan professional idmançı və suya tullanışlar üzrə ABŞ çempionu Dana Kunze yerinə yetirmişdir. Hündürlük 52.5 m təşkil etmişdir. Atlet havada üç dəvə dövr edərək enmiş və sudan özü çıxa bilmişdir.

Laso Shalle

5 ekstremal idman rekordları 4

Kliffdayver Lasso Shalle Kunzeni “qorxuza” bilmişdir. 2015-ci ildə o İsveçrə Alplarından suya tullanmışdır. Qayanın hündürlüyü 58.8 m təşkil edir. Bu təxmini 19 mərtəbəli binanın hündürlüyü qədərdir. Pizan qülləsindən (56.7 metr) bir balaca hündürdür. Lakin, Shale öz gücünə sudan çıxa bilmir və haydayvinqin əsas qanununu pozur. Bu səbəbdən də, onun tullanışı yeni rekord kimi qeydə alınmır.

 Luke Aikins

Luke Aikins paraşutsuz formada 7.6 kilometrlik hündürlükdən tullanmışdır. İdmançının bu kimi riskli hərəkəti icra edə bilməsi üçün yerdə məxsusi olaraq örtük quraşdırılmışdır. Ondan sonra hərəkəti təkrarlayan olmamışdır. Hər halda sığorta olsa belə, hami bu hündürlükdən düşərək sağ qala bilməz.

Jacques Mayol

Fridayvinq –  nəfəsi saxlayaraq dərinliyə varmaqdır. İdman qaydaları kimi daha yeni tarixdə, təxmini yarım əsr bundan öncə tədbiq edilmişdir. Məhs Jacques Mayol bu sahədə prinsipial olaraq yeni dərinliklər müəyyənləşdirən idmançı adını qazanmışdır.

Onun rekorduna qədər fridayverlə məşğul olan insanın orqanizminin 40-50 metr dərinlikdə təzyiqə tab gətirə bilməyəcəyi düşünülürdü. 1976-cı ildə Mayol 100 metirlik dərinliyə imza atdı. Onun sonuncu rekordu isə 1983-cü ildə 105 metr təşkil etmişdir. Bu səbəbdən də onun delfin-insan adlandırmışlar.

TOP 5 idman rekordlarıSex rekordları

Əvvəlki məqaləAvtombil (Boyanma) – Astarın vurulması
Növbəti məqaləQidalarımızdan meyvələri kənarlaşdırsaq nələr baş verə bilər

Fikirlərinizi bildirin.