50 yaşından sonra sex kişini daha ağıllı edir. Əgər saytımızı müntəzəm olaraq mütaliyə edirsinizsə, o zaman kişi spermasının qadın orqanizminə xeyirləri barədə faktlarla artıq tanış olmusunuz demək. Bu gün isə intim münasibətlər barədə yeni araşdırmaların nəticələri barədə sizi tanış etmək istərdik. Söhbət məhs yaşlılıq dövründə sexsual aktivliklə koqnitiv funksiya arasında əlaqədən gedəcəkdir.

Koventri universitetinin alimləri sensosion araşdırma nəticələrini dərc etmişlər. Araşdırma kişilərin yaşlılıq illərdində sexsual aktivliyin koqnitiv funksiyalara təsiri barəsində olmuşdur. Daha doğrusu, daimi olaraq sexlə məşğul olan kişilərin yaddaş pozğunluğu halları ilə rastlaşmaması anlaşılmışdır. Bu halda beyinin fəaliyyəti yaxşılaşır və passiv sexsual həyatı olan kişilərə nisbətən daha sağlam göstəricilərə sahib olurlar.

Sözü gedən nəticələri əldə etmək üçün alimlər İngiltərə ərazisi boyunca 50 yaşdan 89 yaş arası və aktiv sexsual həyat tərzi keçirən 6 800 kişidən xüsusi koqnit testləri verməyi xahiş etmişlər. Test müxtəlif mövzularda olan sözləri yadda saxlamaqdan ibarət olmuşdur. Yekun olaraq onlar sexsual aktivlik nümayiş etdirməyən həmyaşıdlarından 23% daha yaxşı nəticə göstərə bilmişlər. Sözləri həriflərlə tapmaqda isə digər qrupa nisbətən 3% nisbətlə daha yaxşı olmuşlar.

Aydın şəkildə sübut olunmuşdur ki, sex zamanı ifraz olunan harmonlar həzz mərkəzi ilə əlaqədar olmaqla yanaşı beyinin koqnitiv funksiyalarının işləməsinə də yardımçı olur. Araşdırmanın iştirakçılardan eşitdiklərindən beş dəqiqə sonra 10 sözü təkrarlamaları rica edilmişdir. Bununla yanaşı testlərdə müəyyən rəqəm ardıcıllıqları da təqdim edilmişdir ki, onlar siyahıdan səhf rəqəmi tapmalı olmuşlar.

Əldə edilmiş nəticələr tibb mərkəzlərində sexsual konsultasiyaların inkişafı yolunda olduqca önəmli şəkildə istifadə edilməyə başlanılmışdır. Yaşlanma zamanı sağlam sexsual həyatın tonusda saxlanılması zəka inkişafını, düşüncə və analiz etmə qabiliyyətini yaxşılaşdırır və ümumi sağlamlıq vəziyyətinə müsbət təsir göstərir.

Qadınlara gəldikdə isə, eyni yaş aralığında və sex barəsində eyni göstəricilər daxilində sözləri yadda saxlamaqla bağlı testlərin nəticələri kişilərdən daha yüksək olmuşdur. Ancaq, həriflərə görə sözləri tapmaqda çox da fərqlənə bilməmişlər.

Əlbətdə, yüksək koqnitiv aktivliyi qorumaq üçün eyni zamanda yüksək fiziki aktivliyi qorumaq gərəklidir. Bu halda zərərli vərdişlərdən uzaq durmaq, yuxu rejiminə diqqət yetirmək lazımdır. Bu məsələlərə sexsual aktivlikdə əlavə edilərsə, beyinin işləmə səviyyəsi dəfələrlə yüksələ bilər.

40 yaşdan sonra testestronu normallaşdıran qidalarNiyə qadınlar yaşca böyük kişiləri bəyənir?

Fikirlərinizi bildirin.