40 yaşdan sonra testestronu normallaşdıran qidalar. Testestron sağlamlığın digər nüyansları kimi olduqca incə məsələdir. İlk baxışdan gözəgəlimli, xarizmatik, əzələli, əsl kişi görünüşlü görünsədə məsələ əsas işə gəldikdə zəiflik baş verə və düşüncələr alt-üst ola bilər. Eyni zamanda orqanizimdə kifayət qədər testestronun olmaması yaşın gəncliyinə baxmayaraq vaxtından əvvəl keçəlləşməyə, ürək-damar xəstəliklərinə, imunitet zəifliyinə səbəb ola bilir.

Testestron bir çox hallarda sexlə assosiasiya olunur və sexsual hormon adlandırılır. O spermotozoidlərin formalaşmasında başlıca rola malikdir. Eyni zamanda əzələ kütləsininin artımında və sümüklərin möhkəmlənməsində olduqca vacib şərtdir. Araşdırmalara əsasən hormonun orqnizimdə miqdarı kişi əhval-ruhiyəsinədə təsir göstərə bilir.

Testestronun səviyyəsini qaldırmaq üçün qida rasionumuza nələri əlavə etməliyik?
Balıq və dəniz məhsulları:

Testestronun normaya salınması üçün ideal ərzaq hesab edilir. Məhsulların tərkibindəki Omeqa-3 və Omeqa-6 yağları fizioloji baxımdan kişi hormonal fonuna müsbət təsir göstərir. Qida rasionunuza sadalanan ərzaqları rahatlıqla əlavə edə bilərsiniz: dəniz kələmi, omorlar, krivetkalar, müxtəlif balıq növləri, ançouslar və s.

Razıyıq: dəniz məhsulları mövcud bazarda nisbətən baha qiymətə satılır. Lakin, dəyişiklik özünü çox gözlətməyəcək. İmkan olduqca istifadə etməyə çalışın.

Eyni zamanda bucür qidalara müraciət edərkən təzəliyinə, rənginə diqqət yetirin. Çalışın dondurulmamış və ya soyudulmamış ərzaqlar əldə edin. Hazırlandıqda isə, çalışın qızartmalara deyil, öz suyunda və ya buxarda hazırlanmış şəkildə qəbul edin.

Toyuq yuurtası:

Siz yumurtanı rahatlıqla səhər yeməklərində müxtlif formada hazırlayaraq yeyə bilərsiniz. Məlumat üçün bildirək ki, tam olaraq toyuğun yumurtası olmağı önəmli deyil. Müxtəlif quşların (ev, çöl) yumurtalarındanda istifadə etmək yararlıdır. Səhər yeməyi zamanı yumurta ilə birlikdə çovdar çörəyindən və tam təbii çəkilmiş sitrus meyvə şirələrindən istifadə etmək daha məsləhətli hesab edilir. Lakin, şirəni yeməkdən öncə qəbul etməyin. Əks halda mədənizdə narahatlıqlar baş verə bilər.

Balqabaq tumu:

Sözü gedən seçim vegeterianlar üçündə gözəl seçimdir. Olduqca təbii qida hesab edildiyindən istədiyiniz vaxt istifadə edərək xeyrini hiss edə bilərsiniz. Tərkibindəki yüksək miqdarda sink testestronu normada saxlayaraq sexsual həvəsi artıra bilir.

Dənli ərzaqlar:

Düyü, qarabaşaq kimi əlavələr tərəvəzlər, dəniz məhsulları ilə birlikdə gözəl uyğunluq təşkil edir. Hazırlanan zaman duzdan və yağdan bacardıqca az istifadə etməyə çalışın.

Göyərtilər:

Bu yaşıl, vitaminlərlə zəngin ərzaqlardan heç vaxt yan qaşmayın. Yeyilən zaman heç bir halda bişirilməməli, istiliyə verilməməlidir. Çiy şəkildə yeməyə çalışın. Məhs bu halda bütün vitaminləri olduğu kimi qəbul edə və daddan həzz ala bilərsiniz.

Kişi gəncliyinin bitdiyi yaşDepressiyanı artıran 5 ərzaq40+ yaşda stilin 20 qaydası

Fikirlərinizi bildirin.