40+ yaşda stilin 20 qaydası. Güclü cinsin nümayəndələri 40 yaşına çatanda həyatlarında çox şey dəyişir. Artıq xırdalıqları düşünməyə həvəs olmur. Ətarfdakılar sənə daha çox hörmətlə yanaşmağa başlayır. Tədricən səhətdə problemlər yaranmağa başlayır. Bunlarla yanaşı həmdə tərz dəyişir. Bir çoxları buna diqqət yetirməsələrdə dəyişikliklər qaşılmaz hal alır. Lakin, sadalananlara baxmayaraq tərzinizin daha eleqant görünməsini istəyirsinizsə, sadəcə bəzi qaydalara diqqət yetirin. İstənilən vəziyyətdə, istənilən yerdə, istənilən yaşda gözəl görünmək insana qarşı hörmət hissini artırır.

Heç vaxt cibli şortiklər geyinməyin

40+ yaşda stilin 20 qaydası

Bu cür seçimin uyğun olmadığı aydın hiss edilə bilir. Yənədə yadda saxlayın, xaki rəngli, böyük cibli şalvar və şortiklərdən uzaq durun. Ciblər sizə nə qədər lazımlı görünsədə, geyimdə özünüzü nə qədər rahat hiss etsənizdə bu seçimlə özünüzün dəbdən uzaq biri olduğunuzu sübut edərsiniz.

Ağ futbolkalar geyinməyin

40+ yaşda stilin 20 qaydası

Çalışın ideal görkəmdə görünməyən, təmiz və səliqəli ütülü olmayan ağ futbolkalar geyinməyin. Digər hallarda indicə yataqdan qalxmış kimi görünəcəksiniz. Bəlkədə gənc oğlanlarda bu görkəm yol veriləndir, ancaq inanın təcrübəli yaşa sahib kişidə yersiz görünür.

Yaxşı dərzi tapın

40+ yaşda stilin 20 qaydası

Bəzi kişilərin bəxtləri gətirir-satılan geyimlər onların əyinlərinə ideal oturur və əlavə düzəlişlərə ehtiyac qalmır. Ancaq nəzərə alın ki, bi cür insanlara nadir hallarda rast gəlinir. Çalışın pencəkləri bədən ölçülərinizə uyğun yığa bilən dərzi tapın.

Heç vaxt cins parçanı cins parça ilə uyğunlaşdırmayın

40+ yaşda stilin 20 qaydası

Bəli gənclərdə cins şalvarla cins köynək və ya gödəkcə zövqlu görünə bilər. Ancaq 40 yaşdan yuxarı kişilərdə bu uyğunluq uyğunsuzluq kimi görünər yalnız. Cins şalvarlarınızı çalışın demokratik rəngli köynəklərlə və ya futbolkalarla geyinin.

Klassik idman ayaqqabları geyinməyə çalışın

Daha çox klassik markalara üstünlük verin. Əlavan rəngli ayaqqabılardan imtina edin, qara rənglilərlə mavi rəngli cins geyinməyin və çalışın həcimcə ayağınızda böyük görünməsin.

İdman üçün nəzrdə tutulan qolu qısa köynəkləri yalnız stadionlara gedərkən geyinin

Əgər futbola baxmağa gedirsinizsə rahatlıqla bu kimi köynəkləri geyinə bilərsiniz. Digər hallarda isə unudun. Qiymətindən aslı olmayar bu köynəklər gündəlik tərzdə yersiz görünür, lüzumsuz əlvanlığı ilə seçilir.

Parlaq ayaqqabıları cins şalvarlarla geyinməyin

40+ yaşda stilin 20 qaydası

Bu ən çox yayılmış yanlışlıqlardan biridir. Parıltılı, təmizlənmış ayaqqabıları kostyumla geyinmək gərəklidir. 40 yaşdan sonra kişi tərzdən kifayət qədər məlumatlı olmalıdır və cins şalvarla eyniləşdirməməlidir.

Hər zaman yaxşı saatlar taxın

Həcimcə böyük saatları yalnız idmana və ya təbiətə gəzintiyə gedən zaman geyinə bilərsiniz. Eyni zamanda gündəlik həyatda elektron saatlardan da uzaq durun. Klassik saatlar istənilən tərzlə gözəl görünür.

Çox enli şalvarlar geyinməyin

40 yaşdan sonra bütün yeni trendləri öz üzərində sınaqdan keçirməyə dəyməz. İstənilən məkanda düz kəsimli klassik şalvarlar daha uyğun qəbul ediləcəkdir.

Sinə əzələlərinizi göstərməyə çalışmayın

40+ yaşda stilin 20 qaydası

Əgər sinə əzələləriniz idmanla əlaqədar gözəgəlimlidirsə, bu halda bəlkədə nümayiş etdirməyə dəyər. Ancaq kişi dekoltesinin zamanı ötüb. Əlbətdə nümayiş üçün köynəyinizin bir neçə düyməsini aça bilərsiniz. lakin qızıl həddi keçməməyə çalışın.

Topuğunuzun görsənməyində utanmayın

40+ yaşda stilin 20 qaydası

Burda söhbət uzunbalaq şortiklərdən getmir. Lakin yüngülcə qısa balaq şalvarlar corab geyinməmək şərti ilə fikrimizcə yol veriləndir. Unutmayan şalvarın uzunluqu topuqdan sadəcə bir neçə santımetr qısa ola bilər. Şübhəniz yaranarsa dərzinizdən soruşa bilərsiniz.

Çox aksesuarlardan istifadə etməyin

40+ yaşda stilin 20 qaydası

Saatdan və nişan üzüyündən başqa kişilərdə zinyət əşyaları adətən sual yaradır. Bəziləri klonlar, qolbaqlar və digər aksesuarları sevirlər. Tam olaraq kiminsə istəklərinə qarşı çıxa bilmərik, lakin normanı keçməməyə çalışın.

Şəkilli köynəkləri seçməyin

40 yaşdan sonra böyük şəkilli, iri şriftli yazılarla bəzədilmiş, heyvan şəkilləri həkk edilmiş köynək geyinmək məsləhət deyil.

Keyfiyyətli gün eynəkləri seçin

Gün eynəkləri – istənilən yaşda aktual aksesuar hesab edilir. Əgər fikrinizdə fərqli eynəklərə sahib olmaq varsa çəkinməyin, sadəcə seçim zamanı idman tərzindən qaçın.

Lofer ayaqqabıları corabla geyinməyin

Bəzi ayaqqabı modelləri bəzən corabsız daha səliqəli görünür. Laferləri hər zaman corabsız geyinmək lazımdır.

Heç vaxt ayaqqabıları idman corabları ilə geyinməyin

Şəkilli və naxışlı pambıq corabları klassik geyimlə geyinməyin. Bu cür corablar yalnız idman ayaqqabıları ilə uyğun ola bilər.

Qalstukun naxışlarını yalnız təxmini geyimlə uyunlaşdırın

Zolaqlı köynəkləri eyni naxışlı qalustukla eyniləşdirmək çox primitiv görünə bilir. Bu səbəbdən də seçim zamanı ən çox əyninizə gözəl oturan kostyuma diqqət yetirin. Ümumiyyətlə isə şəkilli qalstuk seçimləri az yaşlı gənclərə xasdır.

Bacarıqlı bərbər tapmağa çalışın

40+ yaşda stilin 20 qaydası

Müəyyən yaşdan sonra hər bir kişinin inandığı bərbərə ehtiyacı var. O şəxs işini bilən, bacarıqlı, müasirliklə eleqantlılığı birləşdirməyi bacaran biri olmalıdır. Səliqəli görünüşü saxlamaq üçün tez-tez bərbərinizə müraciət edin.

Kəmər ayaqqabılarınızla eyni rəngdə olmasa daha yaxşı olar

Kəmərlə ayaqqabıların mütləq eyni rəngdə olması fikirləri artıq köhnəlmiş dəbə aitdir. Bu seçim sizi yenilikləri qəbul etməyən şəxs kimi tanıda bilər.

Özünüzü rahat hiss etdiyiniz geyimlərdə olmağa çalışın

40+ yaşda stilin 20 qaydası

Unutmayın hər bir tərzdə önəmli məqam özünə inam hissinin olmasıdır. Neytral tonlarda geyimlər sizə rahatlıq verirsə məhs onları seçin.

Kişi tərzinin əlifbasıKişi dəbində fərqli kənarlaşmalar

Fikirlərinizi bildirin.