4 tarixi əxlaqsız mif

236
4 tarixi əxlaqsız mif

4 tarixi əxlaqsız mif. Qədim xalqların yuxudan öncə uşaqlarına danışdıqları nağılları dinlədikdə yəqinki, müasir dövürdə bir çox yetişkin insanlar utandıqlarından qızaradılar.

Siz bəlkədə qədim dövrlərdə sexin nisbətən rahat və asan olduğu haqda məlumatlısınız. Dərin dini anlayışlar yaranmamışdan öncə insanlar utanğaclıq olmadan rahat şəkildə saylarını artırır və təcrübələrini artırırdılar.

Əlbətdə, bu kimi münasibətlərdə ümumiyyətlə heç bir həddin gözlənilmədiyini demək düzgün olmazdı. Ən azından, yaxın dostunun arvadını yoldan çıxarmaq o zamanlar da əlbəyaxa davalarına səbəb olurdu. Sadəcə ictimaiyyət arasında müzakirə edilməyib, üç nəfər arasında razılaşdırılırdı və hər bir tərəf məsələdən nəticəsini çıxarmış olurdu.

İctimaiyyət xəyanət məsələlərinə nisbətən daha geniş aspektdən baxırdı. Adi insanların qədim mədəniyyətlərinə nəzər yetirdikdə demək olar ki, hər bir vilayətdə ağlasığmaz kornavalların və ya bayramlarda orgiyaların baş tutması anlaşılır. Nisbətən yuxarı statuslu ailələrdə baş verənləri isə ümumiyyətcə dilə gətirməsəkdə yeni çəkilmiş bir çox filimlərdə və seriallarda bu kimi səhnələri izləmiş olarsınız.

Qədim Misirdə dünyanın yaranması ilə bağlı miflər

Qədim mifalogiyanın cavablandırmaq istədiyi önəmli məsələlərdən biri – yaranışın nədən başladığı – sualı olmuşdur. Nəticə etibari ilə, bir çox xalqların fikrincə sexsiz yaranışa inanmaq real görünmür. Ancaq hələ insan övladı olmamış ilk cinsi əlaqənin kimlərin arasında baş verməsi heç bir tarixi mənbələrdə dəqiqliyi ilə açıqlanmır.

Qədim Misirlilər sözü gedən məsələ ilə bağlı maraqlı nəzəriyyə irəli sürmüşlər. Onların fikrincə yer üzündə mövcud olan ən qədim məkan Nan çayıdır. O Nil çayına bənzəsədə, daha tünd rənglidir. Dəqiq məkanı bilinməsə də, inanclara görə məhs bu çayda ilk allahlardan olan Atum peyda olmuşdur.

Ən maraqlı hadisələr bundan sonra başlayır. Atum yer üzərində ilk cinsi əlaqəyə öz əlləri ilə girməli olur. Ancaq sex siz düşündüyünüz kimi 31 çəkməkdən ibarət olmur. Daha dəqiq desək, Atumun əlinin içində qadın cinsi orqanı mövcut olmuşdur. Hələki əfsanə sizə olduqca adi görünsədə, bu hələ son deyil.

Nədənsə qədim Misirdə əl cinsi orqanın ehtiraslanması üçün nəzərdə tutulurdu. İlk mayalanma və nəsilartırma prosesi isə autofellyasiya yolu ilə mümkün olur. Sən demə, Atum rahatlaşdıqdan sonra öz spermasını ağız boşluğundan keçirməklə iki uşağa sahib olur: hava allahı Şu və su ilahəsi Tefnut.

İlk cinsi aktdan sonra Atum olduqca kövrəlir və bunun gözəl hiss olduğunu anlayır. Bu halda gözlərindən axan ilk damcılardan belə insanlar yaranmağa başlayır.

Bir müddət sonra isə Şu Tefnutla birlikdə digər qədim Misir panteonunun dünyaya gəlmələrini təmin edirlər. Bu vəziyyət isə artıq bildiyimiz standart formada baş verir. Lakin, xahiş edirik, beyninizdə yaranan insest hallarına çox qapılmayın. Dünyanın yaranışı haqqında olan bütün mif və əfsanələrdə insest halı qaçılmazdır.

Əslində Afrodita necə dünyaya gəlib?

Öz mifaloji fantaziyalarında misirlilərdən daha cəsur olan xalq yəqinki yunanlılar olmuşlar. Gəlin, gözəllik ilahəsi olan Afrodita haqqında miflərə birlikdə nəzər salaq. İnanclara görə o dənizin dalğaları zamanı formalaşan köpüklərdən yaranmışdır.

Bəli, bəli, köpükdən. Əslində isə hər şey daha müəmmalıdır. Yunanlılarda yaranış qadın ilahəsindən başlamışdır. Daha doğrusu Yer ilahəsindən. İlk öncə Qei bir neçə uşağı atasız dünyaya gətirmişdir. Uşaqlar arasında səmanı tərənnüm edən Uran doğulur.

4 tarixi əxlaqsız mif 3

Səmanın və yerin birləşməsindən formalaşan canlılar bir çox qədim əfsanələrin əsas mövzusudur. Uran Qeinin ilk əri olur. Onarın çox sayda övladları olur. Lakin, yunanlılar bu dərəcədə yaxın qohumluq əlaqələrindən narahat olmağa başlayırlar və nəticədə Qeinin növbəti övladlarının çox əlli və çox ayaqlı doğulduğunu bildirirlər.

Bu halda Qei və Uranın ilk uşaqları əsəbləşirlər. Heç yerin özü də razı qala bilmir. Nəticədə Qei oğlu Kronosa atasının cinsi orqanını kəsməyi xahiş edir. Qeyd edək ki, artıq anladığınız kimi Uran Qei-nin həm əri, həm də ilk övladı, oğlu olmuşdur.

Kronos tapşırığa əməl edir, kəsdiyi orqanı dənizə atır. Lakin, Uranın cinsiyyəti o qədər gücə sahib idi ki, sahibindən ayrılsa belə dənizin özü ilə sonuncu dəfə münasibət yaşayır. Nəticədə Afrodita dünyaya gəlir.

Lokinin erotik əhvalatları

Norveç mifalogiyasından olan dəcəl Loki son zamanlar eyni adlı seriala görə məşhurluq qazanmışdır. Ancaq, əslində Marvel ekranlarında görünənə qədər o özünə heçnədə qadağa qoymurdu.

Bir sözlə skandinaviyalı mofalogiya qəhramı olan allaha çoxsaylı erotik əhvalatlar nəsib olur. Ən azından əfsanəyə görə Skadi adlı divin qızının yoldan çıxarmağını buna misal göstərmək olar.

Qız allahların yanına gəlir. Atsını öldürənlərlə söhbət etməyə və intiqam almağa çalışır. Ancaq, allahlar birləşərək onu bu fikirdən daşındırmağa çalışırlar.

Allahlardan biri gigantın gözünü səmaya doğru atır və nəticədə əsrarəngiz ulduzlar yaranır. Nord isə təslim olaraq qıza evlilik təklif edir.

Loki əvvəlcə hazırlanmış plana uyğun olaraq onu güldürməli və dərdini unutdurmalı idi. O zamanlar stendap-komediya nömrələrinin hələ formalaşmadığını nəzərə alsaq, prosesin necə əziyyətli olduğunu təsəvvür edə bilərsiniz yəqinki.

Əfsanəyə görə o keçini çəmənliyə gəitir və buynuzunu iplə cinsi orqanına bağlayır. Nəticədə qız gülümsəyir və dünya müharibədən xilas olur.

Bir müddət sonra isə Lokinin üzərinə daha ağır yük qoyurlar. Allahlar ondan gigantla birlikdə Asqarda səddini tikməyi xahiş edirlər. Gigant öhdəsinə düşən işi vaxtında yekunlaşdıra bilsəydi, o zaman hədiyyə qismində günəşi, ayı və gözəllik ilahəsi Freyunu əldə edəcəkdi.

Bu vaxta qədər isə, qış daha da sərtləşməyə davam edir. Anladığınız kimi Loki çətin vəziyyətə düşür və nəticədə gigantı özü ilə meşəyə aparmalı olur.

Gigant sövdələşməni uduzsa da, Loki yaranmış vəziyyətdən çıxış yolu axtarmalı olur. Nəticədə səkkiz ayaqlı at Slepnir dünyaya gəlir.

Kentavrlar

Atlardan danışmışkan yunan mifalogiyasına daha diqqətlə nəzər salmalı oluruq. Atların olduqca çılğın varlıq olduğunu anlamaq qəliz məsələ deyil.

Müasir anlayışlarda və ədəbiyyatlarda kentavrlar müdrük və güclü döyüşçülər kimi qələmə verilsə də, tarixi mənbələrdə onlar eyni zamanda əxlaqsız və ehtiraslı yarı insan, yarı heyvan kimi təsvir edilmişlər.

Yunan mifalogiyasına əsasən kentavrlar misli görünməmiş ehtirasa sahib olmuşlar. Onların bir çox göztəriciləri atların fizioloji göstəriciləri ilə eynilik təşkil etmişdir (yəqinki bir çoxlarınız rayon yerlərində atların cinsi əlaqələrinə istəmədən belə şahid olmusunuz).

4 tarixi əxlaqsız mif 6

Beləki, bəyəndikləri qızları oğurlayaraq bellərinə mindirib öz yataq yerlərinə aparırdılar. Gəzinti adı ilə aldadılan qızlar arasında isə bir dəfə Heraklın arvadı Deynira da olur. Ancaq, bu dəfə qadın öz razılığı ilə at belində gəzməyə yollanmır. Ərinin yanından oğurlanır.

Herakl hadisələrin bu kimi gedişatı ilə razılaşa bilmir və kentavrın arxası ilə zəhərlənmiş ox atır. Lakin, çoxbilmiş Ness zəhərlənmiş oxun təsirindən huşunu itirməmişdən öncə Deyniranın qulağına kentavr qanının müalicəvi təsirə malik olduğunu bildirir. Həmin qanın istənilən ölümcül halların qarşısını ala bildiyini deyir.

Yəni, əgər qadın Herakl kimi güclü və diqqət mərkəzində olan kişinin hər zaman ona sadiq qalmasını istəyirsə, bu halda yaradan axan qanın kifayət etdiyini izah edir. Amma bir balaca nüyans qalmaqdadır. Qan mütlək qaydada kentavrın sperması ilə qarışdırılmalıdır.

Çox güman ki, son anda Ness olduqca gözəgəlimli vəziyyətdə olur. Ən azından sonda Deynira məsləhətə qulaq asır və qarışığı hazırlayır. Bir müddət sonra isə ailəsi naminə sehirli maddədən istifadə edir. Ancaq, bəyaq dediyimiz ki, xırdalıqlara əfsanələrdə yer ayrılmamışdır.

Bir müddət sonra Nessin Deyniranı aldatdığı məlum olur. Beləki, kentavrın qanı olduqca zəhərli olduğundan ərinin köynəyinə sürtülən qan Heraklı zəhərləyib öldürür. Beləliklə Herakl iki dəfə aldadılmış olur.

Unudulmuş əfsanələr: ürəyinizi ağrıdacaq 25 fotoQədimdə impotensiyaya qarşı 7 qorxunc müalicə üsulu

Əvvəlki məqaləKoronavirusun potensiyaya təsiri müəyyənləşdirildi
Növbəti məqaləAlimlərin fikrincə yüksək testestron göztəricisinin mənası yoxdur

Fikirlərinizi bildirin.