35 yaşda qazanılmalı 35 təcrübə:

  • İşlədiyiniz işi kiməsə anlatmaq gözəl hisdir

“Harda və ya hansı işdə işləyirsən?” sulına cavab verməli olsaz, hələdə gölərinizi aşağı salaraq, dodaqaltı nələrsə pıçıldayırsınız? Deməli bununla mübarizə aparmalısınız. Öz işiniz haqqında qısa, yadda qalan, paxıllıq yaradacaq tərzdə məlumat verməyə çalışın. Çalışdığınız işdə qazandığınız uğurları yadınıza salmağa çalışın və bununla fəxr edin. Fəxirlərinizlə ətrafla bölüşməkdən çəkinməyin.

  • Öz supergücünüzü kəşf edin

Hər bir kəs supergücə sahibdir. Siz bu işdə əvəzsizsiniz. Bunu hamıdan yaxşı bacarırsınız. Sadəcə nəyi bacardığınızı öznüzdə müəyyən etməyə çalışın. Məşhur sahibkar Tina Roth Eisenbergin sözlərinə görə: Ən uğurlu insanlar nədə bacarıqlı olduqlarını bilən insanlardır.

  • Öz kriptonitini tap

Öz supergücünüzü bilirsiniz? Əla, indi isə zəif tərəfinizi kəşf edin. Boynunuza alın: elə şeylər varki, siz onlarda nəyinki zəifsiniz, hətda dözülməzsiniz. Fakt qarşısında aciz qalmayın. Kömək üçün müraciət etməkdən çəkinməyin, vəziyyəti düzəltməyə çalışın.

  • Bütün istiqamətlərdə bölünməməyə çalışın

Bütün oturacaqlarda eyni vaxtda oturmaq istəyirsiniz? Öz vaxtınızı özünüz belə anlamadan dəyərsiz edirsiniz. Bu düzgün deyil. Diqqətinizə laiq məsələlərə zamanınızı ayırın. Digər işləri isə başqasına da tapşıra bilərsiniz. Eyni zamanda öhdəliklərinizi bölüşməyi bacarsanız, bu sizə iş prosesinə daha yaxşı nəzarət etməyə yardımçı olar.

  • İsdəyinizi dəqiq müəyyənləşdirin

Biz hər gün qarşımıza çıxan bir çox imkanlarla rastlaşırıq və bunlar arasında seçim edirik. Öncədən hansı prinsiplərdən imtina etməyəcəyinizi dəqiq bilin. Nəyə vaxt və enerji sərf etməyin önəmsiz olduğunu anlayın. Əks halda doğru yoldan tez yayınmış olarsınız. Tez-tez çatmaq istədiyiniz hədəfləri və müəyyənləşdirdiyiniz yolu bir kağızda qeyd edin. Hər bir koryera ilə bağlı qərarlarınız zamanı ilk öncə siyahınıza nəzər salın.

  • Fəxr hissi hiss edəcəyiniz işləri görün

Həm ideyaya görə, həm də pula görə işləmək mümkündür. Ancaq bunların arasında sizin fəxr edə biləcəyiniz nələrsədə olmalıdır. Bu hissələr xırda detallar olsa belə, bir müddət sonra unudulsa belə mütləq olmalıdır.

  • Utanan zaman nəticə çıxarın

Adətən sonradan fəxr edəcəyimiz şeyləri yaratmamışdan öncə biz bu yolda xeyli sayda səhflər etmiş oluruq. Çox pis oluruq, həvəsdən düşürük. Ən əsas məsələ nəticə çıxartmaqdır. Pis olmaqdansa dəqiq olaraq nələrdə yanlış etdiyiniz haqda düşünün. Əks halda utanmaq hissi sizi hər zaman izləyəcək.

  • Daha çoxunu isdəyin

Siz olduqca profesionalsız və gözəl işçisiniz. Hesab edəkki, siz rahatlıqla 30 nəfərin qarşısında gözəl çıxış edə bilərsiniz. Bu mövzuda heç kim mübahisə etmir – siz bacarıqlısınız. Ancaq daha çoxuna cəhd etməlisiniz. Çalışın bu sayı 100-ə çatdırasınız. Çalışın çıxışınızı 3-4 dəfə çox insan izləsin. Ən azından cəhd etməsəniz nə dərəcədə yaxşı olduğunuzu bilməyəcəksiniz.

  • Sizi qorxuzan işləri görün

Əvvəllər cəhd etmədiyiniz işləri görməyə çalışın. Daha uzağa gedərək özünüzü qorxuzmağa çalışın. Konfranslar? – ilk çıxış etməyinizi xahiş edin. Rəhbərlikdən çəkinirsiniz? – ondan koryera yüksəlişi xahiş edin. Koryeranızın ilk illərindən sizi qorxuzan məsələlər bu gün sizə gülməli görünür. Eyni hallar bir müddət sonra bu günki problemlərlə bağlı baş verəcək. Unutmayın, böyük risklər böyük uğurlar gətirə bilər.

  • Tənqidi normal qəbul edin

Tənqidləri eşitməyə üstünlük verin. Narazılıqları düzgün qəbul etmək önəmli məsələdir. Bunu tənqid kimi qəbul edin, təhqir kimi yox. Sizdən gözləniləni tam bacarmadığınızı, hələdə tam hazır olmadığınızı eşitmək sizə gələcək koryerada çox yardımçı ola bilər. Yalnız bundan sonra zəif tərəfləriniz üzərində işləyə və püxtələşə bilərsiniz.

  • Başqalarını normal tənqid etməyi bacarın

Münasibətlərin 90%-i ya qarşılıqlı təriflər, ya da qarşılıqlı tənqidlər nəticəsində formalaşır. “Əl-əli yuyar” misalı əlbətdə gözəl fikirdir, ancaq bu inkişafa yol açmır. Ancaq siz koryeranızın yüksəlişini istəyirsinizsə, başqalarının səhflərini onların özlərinə deməyi bacarmalısınız, gözləntilərinizin maksimal qarşılığını istəməlisiniz.

  • Üç hərifli sözü bilməlisiniz

“YOX” deməyi bacarmalısınız.

  • İnsanı tanıya bilən insanı tanımaq

Güvənə biləcyiniz insanları tanımaq. Bu cür insanlar sizin əhatənizdə çox olmalıdırlar. Uğurlu koryera üçün gərəkli və güvənilən insanlardan uzaq qaçmamalısınız. Gecikmisinizsə, artıq indidən yeni tanışlıqlar barədə düşünün.

  • Yaxşı məsləhətlər almaq

İstənilən mövzuda: ailə, müdüriyyətlə münasibətlər, koryera barədə məsləhətlərdən çəkinməyin. Sizə yaxşı məsləhət verə biləcək insanlarla ünsiyyətdə olun. Dostluqlar bu cür səmimi münasibətlər əsasında yaranır.

  • Sosial şəbəkələrdən sizə qarşı istifadə oluna biləcək kompromatları silin

Ciddi insan yığıncaqlardan olan sərxoş şəkillərini sosial şəbəkələrdə nümayiş etdirməzlər. Digər tərəfdən isə, istənilən insan zamanında cavan olub və müəyyən qədər axmaqlıq edib. Cavanlıqda edilən istənilən yanlışın izlərini internetdən silmək zamanıdır. Köhnədən olan qeydiyyat səhfələrinizi yadınıza salmağa çalışın.

  • Linkedln profilinizi ideal səviyyəyə çatdırın

Təsəvvür edək ki, arzusunda olduğunuz şirkətin rəhbəri sizi işə dəvət etmək istəyindədir. Rəhbər işçilərin sözü gedən sosial şəbəkədə çox olduqlarını nəzərə alaraq, məhs burada ideal anketiniz olması haqqında düşnün.

  • Diqqətə laiq portfolio yaradın

İndiyə qədər etdiyiniz bütün yaxşı şeyləri bir yerə yığın və bunu öz portfolionuz adlandırın. Məqalələr, şirkətlər, proyektlər, dizaynlar və s. Fəxr etdiyiniz hər şeyi insanlara göstərmək lazımdır. Eyni zamanda portfolio hər zaman aktiv və əl altında olmalıdır. Sizə maraqlı iş təklifi gələrsə istənilən an bacarıqlarınızı nümayiş etdirməyi bacarmalısınız.

  • Satmağı bacarın

Bir çoxları səhfən satmağın utancverici hal olduğunu düşünürlər. Əslində isə satış bacarığı örgənməli olduğunuz önəmli nüyansdır. Satışı bacarsanız, bir çox şeylər əldə etmiş olacaqsınız. Məhsulunuz kimi özünüzü də kvalivikatsiyalı işçi kimi satmağı bacarmalısınız.

  • Bazarlığı bacarın

Bakının mərkəzində anadan olmasanız belə, bazarlığın bicliklərinə diqqət yetirməyə çalışın. Sizə gərəkli olanları ucuzuna əldə etməyə çalışın. Kiçikdən başlayın. Misal olaraq: rəhbərlikdən sizi işinizə aid kurslara və tədbirlərə göndərməsini xahiş edin.

  • İşləməyi bacarın

Öz işləmək tərziniz olmalıdır. Rəhbərliyə uyğunlaşmağa, menecerinizin metodlarından istifadə etməyə çalışmayın. İşinizin öhdəsinən özünüz gəlin, vaxtınızı özünüz uyğunlaşdırın.

  • Məktublaşma məsələsinə diqqətlə yanaşın

Məktubunuzun ilk baxışdan maraq cəlb edəcəyinə əmin olmamışdan öncə “Göndər” düyməsinə basmayın. Profesional yazışma bacarığı insana təsir etmə vasitələrindən biri hesab olunur. Qarşınıza qoyduğunuz nəaliyyətlərinizi bir neçə cümlədə əks etdirməyi bacarmaq üçün məktub yazmağı bacarmalısınız.

  • Əl sıxmağı örgənin

Əl sıxma – özün haqqında fikir formalaşdırmağın ən gözəl yolu. Əl sıxan zaman özünüzdən əminliyinizi və gücünüzə inandığınızı hiss etdirməyə çalışın.

  • to-do siyahınızın düzgün tərtbatı önəmlidir

Düzgün, yəni işlək. Əgər gün ərzində edəcəyiniz işlərin ardıcıllığını gözəl xətlə qeyd edirsinizsə, lakin sonda hamsı dəqiq, vaxtında icra olunmursa, deməli nəsə düzgün getmir. Metodikanızı, yanaşmanızı dəyişməyə çalışın.

  • Öz orqanizminizi örgənin

Orqanizminizin bütün keyfiyyətlərini öz xeyrinizə çalışdırmağa çalışın. Enerjili olduğunuz pik zamanı müəyyənləşdirin, məhsuldar olduğunuz saatları təyin edin və ya əksinə istirahət zamanınızı, kofe içmək saatınızı, gəzinti müddətinizi müəyyənləşdirin. İstəmədiyiniz təqdirdə, orqanizminizin hazır olmadığı müddətdə özünü işə məcbur etməkdən ağır heç nə yoxdur.

  • Vaxtında yatmağa çalışın

Bu haqda hamı bilir. Yuxu olduqca önəmli məsələdir. Adətən yatmaq saatınızdan aslı olmayaraq müəyyən rejimə uyğunlaşmağa çalışın. Nə dərəcədə yaxşı yatsanız, o qədərdə yaxşı işləyərsiniz.

  • Əsəbləşməyin

Stress və əsəb karyeranızı və sağlamlığınızı zədələyə bilər. Özünüzü qoruyun, emosyalarınızı idarə etməyə çalışın.

  • Daim üzür istəməyi tərgizin

Yəqinki düşünürsünüz ki, çox mədənisiniz. Və bu şəkildə mədəni görünməyiniz işdə tutduğunuz mövqenizi gücləndirəcək. Ancaq, hər xırda işlərə görə, yaranan vəziyyətə görə üzür istəmək ətrafda qıcıq yarada bilir. Sizin profosionallığınızı kölgə altına alır. Daha ciddi narazılıqlar zamanı üzr istəməyi özünüzdə aşılayın.

  • Güvənsizlik sindromundan əl çəkin

Bəsdir. Yaxşı işlədiyinizi və işinizin ası olduğunuzu qəbul edin.

  • B planı hazırlayın

Gözlənilmədən sabah sizi işdən azad etdikdə nə işlə məşğul olacaqsınız? Əgər bu sala cavabınız yoxdursa, ciddi düşünməniz üçün əsas var. Ehtiyat planı gərəkli olmayada bilər. Ancaq, nə zamansa işinizdə problem olarsa, çıxılmaz vəziyyətdə qala bilərsiniz.

  • Kənar proyektlərlə maraqlanın

Öz hobbinizi inkişaf etdirin və kənar məsləhətlər almağa çalışın. Əlbətdə, sizin koryeranız olduqca önəmlidir, ancaq digər sahələrlə bağlı məlumatlı olmuş olacaqsınız. Həm də eyni işdən yorulmarsınız.

  • Təqaüdünüzə yatırım edin

Bu məsələ indi sizə real görünməsədə, düşünməyə dəyər. Zaman bir yerdə dayanmır.

  • Özünüzə yatırım edin

Təhsilə, kvalifikasyanızın yüksəlməsinə, biliklərin artımına, hobbinizin inkişafına yatırım edin. Nə qədər çox bacarsanız, o qədərdə yaxşı çalışacaqsınız. Nəticədə koryera pillələrində sürətlə yüksələcəksiniz. Gəlirinizə həm yeni geyim əldə edə bilərsiniz, həm də yeni kurslara yazıla bilərsiniz. Unutmayın, ikinci halda qoyduğunuz vəsait dolayı yolla sizə qayıtmış olacaq. Birinci halda isə sadəcə xərclənəcək və unudulacaq.

  • Dünyaya yatırım edin

Yəqinki aldığınız kimi verməli olduğunuz barədə qayda haqqında az eşitməmisiniz. Sadəcə bu tənzimləmələrlə bağlı bəzi problemlər yarana bilir. Xeyriyəçiliklə məşğul olub yardım edin. Sizin kimi şansı olmayanlara anlayışla yanaşın.

  • Arzularınızı dəqiq müəyyənəşdirin

Bəlkədə tam olaraq 35 yaşınızda kim olacağınızı bilmirsiz, ancaq bu yaşa nə istədiyinizi dəqiq müəyyənləşdirə bilərsiniz. Bununla yanaşı nələri istəmədiyinizi də dəqiq müəyyən etməlisiniz. Diktator-rəhbər, və ya orta səviyyəli bir menecer. Nəticədə istəmədiklərinizi düşünmək sizi istədiklərinizə daha yaxın edə bilər.

  • Sevdiyiniz işlə məşğul olun

Başqa cür olada bilməz.

35 yaşdan sonra qarın niyə böyüyür?30 yaşına qədər kişilərin münasibətdə anlamalı olduqları 14 məsələ

Fikirlərinizi bildirin.