30 yaşına qədər kişilərin münasibətdə anlamalı olduqları 14 məsələ. Yut universitetinin sosioloqu Nicolas Vulfinger araşdırmaları sayəsində bir neçə önəmli məsələləri qabartmağa çalışmışdır. Nəticələrə əsasən 30 yaşdan sonra qurulan ailə münasibətlərində boşanma hallarına daha gec-gec rast gəlinir. Məsələ burasındadır ki, bəzi şeyləri biz yalnız illər keçdikcə, yaşımız artdıqca anlaya bilirik. Beləliklə araşdırmada göstərilən əsasların bəzilərini diqqətinizə çatdırmaq istərdik.
Zamanla həyat təcrübəsi münasibət kontekstində kişiləri necə dəyişir.

Münasibət barəsində həqiqətən ciddi düşünmək lazımdır:

30 yaşına qədər kişilərin münasibətdə anlamalı olduqları 14 məsələ

Bir çox hallarda 20 yaşlı gənclərin fikrincə əgər qızın ürəyi onunladırsa, demək istədiyi kimi hərəkət edə, istədiyi şəkildə kobud danışa bilər. Əslində isə yaranmış münasibətləri qoruyub saxlamaq onu yenidən qurmaqdan daha çətindir. 30 yaşdan sonra yetkin kişi qadının qayğısına necə qalmalı olduğunu anlayır, kompramislərə gedə bilir, çətinliklərinə kömək etməyə çalışır.

Heçdə hər məkanda tanış olmaq lazım deyil:

20 yaşda düşünürsən ki, qızla ən yaxşı tanış olmaq üçün yer əyləncə məkanları, bar, club, yığıncaqlardı. Necə deyərlər həm qarşındakına hər tərəfli baxa , həmdə tərəddüdün varsa cəsarət üçün içkidəndə istifadə edə bilərsən. Lakin seksoloqların müasir araşdırmalarının nəticələrinə əsasən içkidən sonra qurulan tanışlıqlar və münasibətlər uzun müddətli olmur. Ən yaxşısı maraqlarınızın toqquşduğu yerlərdə tanışlığa can atın. İş yerində, dostlar arasında olan tədbirlərdə və s.

Keçmiş keçmişdə qalmalıdır:

30 yaşına qədər kişilərin münasibətdə anlamalı olduqları 14 məsələ

Gənclik illərində düşünürsənki insan həyatında yalnız bir sevgi hisləri olmalıdır yalnız bir adama qarşı. Lakin yaş keçdikcə anlayırsan ki, hər bir kəsin öz xatirələrini yaşatmağa ixtiyarı vardır. 20 yaşlı oqlanı keçmiş sevgili və ya onunla birgə şəkillər daha çox narahat edirsə, təcrübəli kişi əksinə – məsələlərə daha fəlsəfi yanaşır: əsas odurki indi yanimdasan və yalnız mənimsən.

İdeal insanlar mövcud deyil:

İdeal insanlar olmadığı kimi, ideal tərəf müqbilidə olmur. Deməli ideallığı bütün ömür boyu gözləməyə dəyməz. Sizə heç vaxt deyilməyəcə – bu insan məhs sizin üçün yaradılıb. 30 yaşlı kişilər özləri öz həyatlarını yaradırlar. Bu səbəbdəndə qarşı tərəfdə ideallıq axtarmaqdansa, ruhən yaxın birini axtarmaq gərəklidir.

Problemləri bölüşmək, müzakirə etmək normal haldır:

30 yaşına qədər kişilərin münasibətdə anlamalı olduqları 14 məsələ

20 yaşlı insanın fikrincə hər kəs öz problemlərinin öhdəsindən özü gəlməlidir və kiməsə bu barədə şikayətlənmək zəiflik əlamətidir. Yetkin kişi isə yaxşı anlayır ki, qarşı tərəfin fikirləri ona önəmli olmalıdır və o rahatlıqla məsələləri sevdiyi insanla bölüşə bilir. 30 yaşdan sonra anlayırsan ki, sevgi qarşıqlıqlı inam olmasa mümkün deyil. Ailə həyatı məhs çətin və xoş günlərdə birlikdə ola bilmək üçün qurulur.

Heç kim sizin gözləntilərizi yerinə yetirməyə borclu deyil:

“Hə mən elə düşünürdüm ki, o belə deyil, mənə görə dəişə biləcək, öz planlarından imtina edəcək.”. Gənc oqlanların yanaşma tərzi məhs bu cür olur. 30 yaşlı insan fərqli düşünər. O əmindirki, onun istəkləri barədə bəlkədə qız heçnə bilmir, bilsə belə heç kimi heçnəyə məcbur edə bilməz. İnsanlar müxtəlifdir. Hər kəsin öz dəyərləri vardır. Məhs həyatın marağıda bundadır.

Problemlərdən qaçmaq problemləri həll etmir:

30 yaşına qədər kişilərin münasibətdə anlamalı olduqları 14 məsələ

Cavan oğlanlar tez-tez narazılıq yaradır, dava salır, öhdəlikdən yayınırlar. Onlar üçün ən rahatı bir müddət ortadan itmək, məsələlərə qarışmamaq, problem bir-təhər yoluna düşdükdən sonra görünməkdir. Təcrübəli kişi isə anlayır ki, səfləri boynuna almaq, yaranan məsələləri həll etmək ən doğru yoldur. İlk başdan çətin olsada, zamanla hər şey yoluna düşür.

Ev işlərində mütləq iştirak etmək lazımdır:

Əgər gənc yaşlarda oqlanlarda hələdə ev işləri ilə bağlı stereotiplər qalmış olarsa belə, illər keçdikcə önəmsizləşir. Müasir dövrdə ailə daxilində demək olar hər iki insan eyni işləri paylaşa bilir. Bu səbəbdən də boyun qaçırmaq sadəcə gülünc görünür.

Söz vermisinizsə mütləq etməlisiniz:

30 yaşına qədər kişilərin münasibətdə anlamalı olduqları 14 məsələ

“Kişi söz verdisə vəssalam”. Təcrübəli kişi öz sözünün dəyərini bilər. Bu səbəbdən də var gücü ilə dediyini etməyə çalışar. Məhs bu xüsusiyyət qadınlarda ona qarşı inam hissi yaradar.

“Bütün kişilər şorgözdür” fikri sadəcə bir mifdir. Xəyanət kişiliyi sübut etməz:

Filimlərdə və reklamlarda kişinin uğuru ətrafında çoxlu sayda qadınların olması ilə ölçülür. Gənc yaşlı oqlanlar bunu əsas götürərək hərəkətlərinə haqq qazandırmağa çalışırlar. Hətda əlavə olaraq – biz kişiyik axı, əks cinsə maraq bizim qanımızdadır-kimi yanaşmanı dilə gətirirlər. Lakin, illər keçdikcə insan ziyanlı streotiblərdən vaz keçir və bir portnyorla tam, dolğun münasibətlərə üstünlük verir.

Səfləri qəbul etməyə cəsarət lazımdır:

30 yaşına qədər kişilərin münasibətdə anlamalı olduqları 14 məsələ

Təcrübəli kişi ilk öncə səf buraxmağa çalışmaz. Buraxsa belə, lazımı anda boynuna alar, yanlış düşündüyünü təsdiqləyər, heç zaman səs tonunu qaldıraraq doğruluğunu sübut etməyə çalışmaz.

Sevgi diqqət göstərməklə ifadə olunar:

Əsl hislər gündəlik məsələlərin həlli zamanı xırdalıqlarla müəyyən olar. Gəncəl adətən ulduzlu gecədə qucaqlaşaraq xoş söz ünvanlamaqda görər sevgini. İllər keçdikcə sevginin sözdə deyil, hərəkətdə biruzə verildiyi anlaşılar.

Qadınla eyni fikirdə olmamaq olar, amma onun fikirlərinə hörmətlə yanaşmaq mütləqdir:

30 yaşına qədər kişilərin münasibətdə anlamalı olduqları 14 məsələ

Digər insanın fikirlərinə rahat şəkildə irad bildirmək olar. Onun dinlədiyi musiqi, izlədiyi filmlər, geyindiyi geyim, işlətdiyi aksesuarlar sənə qəribə görünə bilər. 20 yaşlarında bir oqlan anlamadığı şeylər barədə tez fikir bildirər, kobud şəkildə bəyənmədiyini biruzə verər. Lakin unutmayın ki, hər bir insanın özünə hobbi müəyyənləşdirmək ixtiyarı var, bütün narazılıqları istədiyin qadına bildirmək yersizdir.

Nəzarət istənilən münasibətlərə son qoya bilər:

İlk vaxtlarda qısqanclıq əsl ehtirasın nümayişi mənasına romantika kimi görülə bilər. Lakin sevgi və dəyər ilk növbədə qarşılıqlı inamdan başlayar.

Münasibətlərinizin şansı varmı?Özünüzə nə dərəcədə əminsiniz?

Fikirlərinizi bildirin.