30-dan sonra məşqlərə, qida rasionuna yenidən baxmaq gərəklidir

198
30-dan sonra məşqlərə, qida rasionuna yenidən baxmaq gərəklidir 3

30-dan sonra məşqlərə, qida rasionuna yenidən baxmaq gərəklidir. Ruh halınızla özünüzü 18 yaşında hiss etsəniz belə yaşın təsiri az deyil. Əminik ki, bunun idmana və aktiv həyat tərzinə bir aidiyyatı yoxdur. Ancaq, boynumuza almalıyıq ki, keçən illər orqanizmə təsirsiz ötüşmür. Buna hazır olmaq lazımdır. Bu gün sizə çalışdığımız qədəri ilə mütəxəsislərlə birlikdə nələrə diqqət yetirməli olduğunuzu və dəyişiklərin necə öz xeyrimizə dəyişə biləcəyimiz haqda firikləri bölüşmək istərdik. Bu zaman motivasyanı pozmadan sağlam həyat tərzini davam etdirmək və ürəyinizin istədiyi kimi məşqlərə qoşulmaq gərəklidir.

İlk dəyişikliklər qeyri-sağlam həyat tərzi, normadan artıq yüklənmələr nəticəsində yaranır. Bütün bunlar 30 yaşdan sonra daha çox hiss edilir.

Orqanizimdə nələr dəyişə bilir?

Bir çoxları artıq ad gününün səhəri günü ilk təsirləri hiss etməyə başlayırlar.

  • Önəmli məsələ – zifləyən regenerasiyadır. Bu halda kollegenin və elastilinin ifrazı aşağı enir, dəri əvvəlki təravətini itirir.
  • Sümüklər artıq əvvəlki kimi möhkəm olmadığından dözümlülük azalır.
  • 30 yaşdan sonra reaksiya azaldığından bir çox idman növlərində idmançılar karyeralarını başa vurmağa məcbur olurlar.
  • Zədələnmə riski və xroniki xəstəliyə tutulma şansı artır.
  • Toxumaların regenerasiyası bütün orqanlar üzrə zəifləyir. Təsir beyindən belə yan keçmir.
  • Həyatımızın ikinci hissəsində neyron əlaqələri daha gec formalaşır. Bu səbəbdən də, bu yaşdan sonra xarici dilləri örgənmək və ya yeni informasyanın qəbulu qəlizləşir.

Əlbətdə ki, proses zamanla baş verir. Bütün dəyişikliklər bir günə formalaşa bilməz. Buna baxmayaraq, 30 yaşdan sonra sağlamlığa daha ehtiyyatla yanaşmaq və proflaktik müayinələrə qarşı diqqətli olmaq lazımdır.

Zamanla xəstəliklərə tutulma şansı artır. Mütləq qaydada mütamadi qan və sidik analizləri verilməli, qanın geniş biokimyəvi tərkibi yoxlanılmalı, cinsi hormonların səviyyəsi, mikroelementlərin göstəriciləri izlənilməlidir.

Yarana biləcək ciddi problemlər

Yaş reproduktiv sistemə bir başa təsir göstərir.

Fertillik dərəcəsi zəifləyir. Yəni, insanın valideyin olma şansını azaldır. Bu hal həm qadınlara, həm də kişilərə şamil edilir. Bu səbəbdən də, qadınlarda uşaq itirmə riski formalaşır.

Hamiləlik xoriniki xəstəliklər olduğu zaman daha ağır keçir. Lakin, gənc yaşlarında bu hiss edilməyə bilər.

Yaş sağlam övlad dünyaya gətirməyə belə mane ola bilər. Əvəllər həkimlər 26 yaşdan sonra ilk dəfə ana olan qadınlara gecikmiş hal kimi yanaşırdılarsa, müasir dövürdə bu hədd 35 kimi qiymətləndirilir. Adətən 35 yaşa qədər rəqəmlər böyük rol oynamır.

Yarana biləcək daha ciddi problemlər

Əgər insan uşaq yaşlarından daha günəşli ərazilərdə böyüyübsə, dərisini günəşin şüalarından qoruya bilməyibsə, daim gün vannası qəbuluna həvəsli olubsa, 30 yaşdan sonra melanoma – bədxassəli şişlə qarşılaşa bilər. İstənilən şübhəli xal və ya ləkələr zamanı mütləq həkimə müraciyət edilməlidir.

Təəssüf ki, statistikaya görə xərçəng xəstəliyi il keçdikcə gəncləşir. 30-40 yaş kateqoryası ankoloji xəstəliklərin ən təhlükəli dövrü hesab edilir. Adətən nəsillikcə mədə-bağırsaq xəstəliyindən əziyyət çəkənlər problemlə daha tez rastlaşırlar. Proflaktik tədbirlər üçün mütamadi analizlərdən keçmək gərəklidir.

Onurğa sütunu zədələnir

Daimi statistik və dinamik yüklənmələr nəticəsində zamanla onurğa sütunu əyilə və zədələnə bilir. Bu hal oturaq iş şəraitində çalışanlar, az fiziki hərəkətlər edən və qeyri-sağlam qidalarla qidalanan insanlarda daha çox rast gəlinir. İlk nəticələr özünü artıq 30 yaşda biruzə verdirə bilər.

Kompüter arxasında çox oturmaq, yatan zaman döşəyin düzgün seçilməməsi, xeyli sayda fiziki ağırlıq, hündür dabanlı ayaqqabılar onurğanın strukturunu dəyişə bilir. Nəticədə gənc yaşlarında beldə ağrılar yaranır, zamanla xroniki hal ala bilir.

Diz qapaqlarında ağrılar

İntensiv idmanla məşğul olmaq, ağır fiziki əmək, düzgün ayaqqabıların geyinilməməsi, artıq çəki dizləri sıradan çıxara bilər. Zamanla zəifləyən toxumalar yenidən bərpa ola bilmir.

Pəncə xəstəlikləri

Ən çox yayılmış növü – pəncənin düzləşməsi. Bir çoxları sözü gedən potologiya ilə yaşasalarda, buna diqqət yetirmirlər. Həm hündür daban, həm də xeyli düz altlığa sahib ayaqqabılar pəncələri daha da düzləşdirir. Daimi fiziki ağırlıqlar və artıq çəki, hətda hamiləlik belə vəziyyəti qəlizləşdirə bilər. 30 yaşdan sonra ağrılar hiss edilməyə başlayır.

Damar xəstəlikləri

30 yaşı haqlamış insanlar zamanla daha çox damar problemləri ilə rastlaşırlar. Bi isə vena klapanlarının fəaliyyətində gerimələrlə bağlıdır.

Onlar qanın düzgün istiqamətdə hərəkətinə cavabdehdirlər. Az hərəkətli həyat tərzi, ofisdə çalışmaq, daim ayaq üstə olmaq, aşağı fiziki aktivlik, hamiləlik, uzun məsafələrdə yürüşlər klapanların vəziyyətinə mənfi təsir edir. Nəticədə varikoz xəstəlikləri müşahidə olunur.

Qarşısını almaq üçün:

  • Hər gün bir saatdan az olmadan açıq havada gəzmək lazımdır.
  • Yeriş və oturduğunuz zaman hərəkətlərin düzlüyünə diqqət yetirmək gərəklidir.
  • Çox intensiv məşqlərdən çəkinmək gərəklidir. İdmanla məşğul olmaq norma daxilində olmalıdır.
  • Sağlam qidalanma artıq çəki almağın qarşısını aldığından bütün orqanizmin yükünü azaltmış olur.
  • Ayaqqabı seçərkən daha diqqətli olmaq gərəklidir.

Alimlərin fikrincə dənizə baxmaq sağlamlığa xeyirlidir30 yaşına qədər kişilərin münasibətdə anlamalı olduqları 14 məsələ

Əvvəlki məqaləABŞ alimlərinin fikrincə at çapmaq futbol və avto yarışlardan daha təhlükəlidir
Növbəti məqaləBədən çəkisinin sürətə təsiri

Fikirlərinizi bildirin.