22 yaşında ilk milionunu qazanmış 12 insan. Dünənki məktəblilər varlanmaq haqqında arzularla yaşadıqları müddət ərzində daha inadlı və öz güclərinə inanan insanlar artıq çoxdan qazanmağa, öz ilk milyonlarını əldə etməyə başlamışlar. Beləliklə, 22 yaşında artıq öz milionunu qazanan gəncləri sizə də tanıtmaq istərdik.

Jason Brain
22 yaşında ilk milionunu qazanmış 12 insan
Jason Brain

2008-ci ilin yayında orta məktəbi bitirmişdir. İlk əmək fəaliyyətinə Floridada avtomobil satış mərkəzində başlamışdır. Satışla məşğul olmamış, proqram köməkçisi vəzifəsində çalışmışdır. Boş zamanlarında Jason proqramlaşdırma ilə deyil, menecerliklə bağlı təhsil almağa çalışırdı. Marketinqlə məşğul olarkən, internet reklamı və informasiyanın axtarış sistemlərində müəyyən olunması məsələləri ilə maraqlanırdı. Tezliklə Brain şəxsi saytını yaratdı. Bu günə qədər toplaya bildiyi 10 000 dolları xərcləyərək maşın alınmasında yardımçı ola biləcək internet səhfəsi yaratmağa cəht göstərdi.

Autocriket.com saytı maşın satıcılarına və avtomobil istehsalçılarına müştərilərlə bağlı məlumat toplayaraq təqdim edir. Hal-hazırda avtoşirkətlərin dillerləri sayt vasitəsilə alıcıların razılıqları əsasında onlarla bir başa kontakta girə bilirlər. Yarım ildən sonra saytın ideası və iş prinsipi investorları maraqlandırmağa başladı. Nəticədə 250 000 dollar investisiya yatırıldı. 2009-cu ildə saytın gəliri 1.2 milyon dollar, 2010-cu ildə isə artıq 6 milyon dollar təşkil etdi. Beləliklə yarana biləcək problemlərin ağıllı həlli yolu uğurun başlanğıcı oldu.

İan Purkayastha
İan Purkayastha

15 yaşından etibarən truffle göbələklərinin idxalı ilə məşğul olmağa başlamışdır. Sonradam satış həcmini 12 000 dollara qaldıraraq dükanları və restoranları təmin etməyə başladı. Purkayastha Hyustonda Feyetvill şəhərində anadan olmuş və böyümüşdür. Trufflenin idxalı asan məsələ deyildi. Dörd federal orqanın razılığı ilə burokratik əngəlləri adlamaq lazım gəlirdi. Hər dəfə isə bu çətinliklər yeddi gün müddətində dəff edilməli idi. Truffle yalnız 7 gün ərzində saxlanıla bilir.

İan Purkayastha tezliklə öz ilk truffle dükanını açır və şirkətin gəlirlərini 1 000 000 dollara çatdırır. Bu gün o artıq Amerikada “truffle maqnatı” hesab edilir. 18 yaşında olarkən, dostları kompüter oyunları oynayarkən, musiqi dinləyərkən İan öz işini qurdu. İndi isə rahatlıqla gözəl gəlir əldə edir.

Joshua Dziabiak
22 yaşında ilk milionunu qazanmış 12 insan
Joshua Dziabiak

Joshuanın biznes yolu 2001-ci ildən start götürmüşdür. 14 yaşlı gənc öz hostinq şirkətini yaradır. Şirkətin devizi “biz sutka ərzində əlçatanıq və müştərilərin bütün problemlərini bir dəfəlik həll edirik” olmuşdur. İki ildən sonra “Mediacatch”-ın müştəri sayı 300 000-ə qədər yüksəldi.

2005-ci ildə Joshua şirkəti 1 200 000 dollara satdı və tez bir zamanda yeni işə başladı. Düzdür, pul əlinə gələn zaman biraz görməmişlik etməyə, böyük ekran televizor və bahalı ev əşyaları almağa başladı. Lakin pulun böyük hissəsini yeni bir prosesə yatırdı. Bir aydan sonra Joshua Dziabiak tərəfindən “Showchix” adlı sayt yaradıldı. Nəticədə böyük konsert zalları, tamaşalar, tədbirlər, yığıncaqlar üçün bilet satmağa, bron edilmə imkanları yaratdı. İnanılmaz uğura imza atdı. İki ildən sonra saytın dəyəri 3 000 000 dollar kimi qiymətləndirildi.

Bilet satışından 10-15% komisya gəliri əldə etməklə yalnız keçən il Joshua 9 000 000 dollar gəlir əldə etmiş oldu. “Showchix”-dən başqa gənc biznismenin əlavə 11 şirkəti də mövcutdur.

Cameron Johnson
Cameron Johnson

İlk milionunu bir neçə şirkət yaradaraq əldə etmişdir. Şirkətlər arasında ilk biznesi “Cheers and Tears” hesab edilir. Bu biznesi o, 9 yaşında olarkən başlatmışdır. Virciniada öz evində Photoshop vasitəsilə Johnson yığncaqlar üçün dəvətnamələr hazırlayırdı. Yığıncaqların tərtibatı və təşkilatçılığı ilə isə valideyinləri məşğul idi. Bir müddət sonra onun bacarığı çoxları tərəfindən bəyənildi və sifarişləri artdı.

Bir neçə il keçdikdən sonra qazanılmış pullarla yumşaq oyuncaqlar almağa başladı. Nəticədə ucuz qiymətə alaraq Cheers and Tears saytında satışını həyata keçirirdi. Bu kimi idealar ona 50 000 dollar qazandıra bildi. Cameronun 13 yaşı olarkən yeni bir servis düşündü. Alıcının şəxsi məlumatlarından istifadə etməmək şərti ilə elektron məktub göndərmə My EZ Mail servisini yaratdı. Proqramları işə cəlb etməklə işini genişləndirdi və reklam sayəsində aya  3 000 dollar qazana bildi.

1997-ci ildə iki yeniyetmə ilə birləşərək Cameron reklam şirkəti təsis etdi. Reklam elanları brauzerin yuxarısında göründü. 2008-ci ildə Forbes dərgisinə verdiyi müsahibələrində bu yolla hər ay 300 000 dollar qazandığını bildirmişdir.

Cameron Johnsonun daha bir proyekti “Certificate Swap.com” olmuşdur. Şirkət lazımsız hədiyyə sertifikatlarının satışı ilə məşğul idi. 19 yaşənda olarkən saytı altı sıfırlı qiymətə sata bilmişdir.

Fraser Doherty
22 yaşında ilk milionunu qazanmış 12 insan
Fraser Doherty

Şotlandiyalı şirniyyat sevən gəncin tarixcəsi nağıla bənzəyir. Fraser nənəsinin cemlərini həddindən artıq sevirdi. Nəticədə resepti alaraq özü hazırlamağa və bəzi fərqliliklər etməyə başladı. Qonşularını və dostlarını qonaq edərək tez bir zamanda Fraser öz cemləri ilə məşhurlaşdı. Şirniyyat fabriki icarəliyərək işçilər tutdu, cemləri daha çox insana təklif etdi.

Fraser Doherty o qədər cem bişirməyə aludə oldu ki, orta təhsilini belə yarıda qoydu. 16 yaşı olarkən yeniyetmə “Waitrose” marketlər şəbəkəsi ilə ilk müqaviləsini imzaladı. Nəticədə bacarığını bütün Şotlandiya ərazisində satmağa başladı. Qısa zaman ərzində bu dadlı təam britanyalılar arasında da sevildi. Bu gün Fraserin cemləri bütün “Tesco” market şəbəkələrində satılır. 2008-ci ildə İrlandiya bazarını ələ keçirir. Ümumilikdə isə sahibi olduğu şirkətlərdən 2 000 000 dollar qazanca sahibdir.

Adam Hildreth
Adam Hildreth

1999-cu ildə ingiltərəli Adamın 14 yaşı var idi. Məhs bu yaşda o “Coca-cola” adlı sosial şəbəkə yaradır. Yaradılmış sosial şəbəkə eyni adlı şirkət üçün marketinq strategiyası hazırlamışdı. Adam Hildreth 4 il ərzində “Dubit Limited” agentliyinin direktoru vəzifəsində çalışmışdır. 19 yaşında BBC onu ən varlı gənc kimi adlandırmışdır. O zamanlar onun gəlirləri 2 000 000 funt (3 700 000 dollar) təşkil edirdi.

Hesablamalara görə 2020-ci ildə Adamın imperiasının dəyəri 40 000 000 funt dəyərində olacaqdır. Adam yeni proyekt hazırlamaq qərarına gəlir. Poqram təminatı internet məkanında uşaqların pedofillərdən qorunması üçün hesablanmışdır. Şirkət internet provayderləri və təşkilatları ilə sıx əməkdaşlıq edirdi. Birlikdə uşaqların təhlükəsiz internet şəbəkəsindən istifadə imkanları yaradıldı.

Daniel Gomez Iniguez
22 yaşında ilk milionunu qazanmış 12 insan
Daniel Gomez Iniguez

Solben şirkətinin sahibidir. Şirkət dizel yanacağından istehsal olunan yağlar vasitəsilə bitkilər üçün press  istehsalı ilə məşğuldur. Daniel 1992-ci ildə anadan olmuşdur. 2012-ci ildə gənc meksikalı biznesmen milionluq satış həcminə nail olaraq varlandı. Danieli bəxti gətirmiş biznesmen hesab etmək olmaz. Ağlı sayəsində 15 işçi ilə milyonluq satış həcminə nail ola bilmişdir. Gomez dünyada bir çox biznes mükafatlarına layiq görülmüşür.

Maliyyə gəlirləri gənc meksialının ağlını başdan almadı. Təzəlikcə o uşaqlıq arzusunu yerinə yetirərək Texnalogiya Universitetinə daxil olmuşdur.

Catherine Cook
Catherine Cook

Amerikalı şagird ilk milyonunu 15 yaşında qardaşı Devidlə birgə əldə etmişdir. 2005-ci ildə onlar məktəb albomunun interaktiv modulunu yaratdılar. O zamanlar bu cür albom demək olar ki, bütün Amerikada var idi. Ancaq indi Сooka görə albomu şəkillərlə, qəzet məqalələri ilə, təşəkkürlərlə, hədiyyələrlə zənginləşdirmək mümkündür. Məktəbli həyatında baş verən hadisələri tam dolğun şəkildə burada qeyd edə bilər.

Catherinin və Devitin nəaliyyətləri bütün gözləntiləri aşdı. Bu işə ilk maliyyə təminatını böyük qardaşları Coff etmiş oldu. MyYearbook.com ailə proyekti 2006-cı ildə 4 100 000 dollar gəlir əldə etmişdir. Bu gün isə proyektin dəyəri 20 000 000 dollardır. İndi Catherinin 23 yaşı var. Saytın illik günləri yeddi rəqəmli məbləğlə ifadə olunur.

Raymond Lee
22 yaşında ilk milionunu qazanmış 12 insan
Raymond Lee

Yuxarı siniflərdə oxuyarkən veb-konfranslar üzrə ixtisaslaşmış çin şirkətində təcrübə keçməli olur. Kaliforniyaya, evinə qayıdan zaman Lee çin tenis komandasına geyim formaları sifariş vermək qərarına gəlir. Nəticədə satış həcmi artdı və gənc 2 200 dollar toplaya nildi. Beləliklə onlayn geyimlər satan Oshirts.com saytı yaratdı.

Raymond 19 yaşında olarkən Kaliforniya universitetində təhsilini yarımçıq qoyur. Öz işini genişləndirmək fikrinə gəlir. İndi o üç nəfərlə birlikdə çalışır və kənar maliyyə dəstəyi almamağa çalışır. 2010-cu ildə gəlirləri 600 000 – 900 000 dollar təşkil edib. Yaxın gələcəkdə məbləğin 2 000 000 olacağı planlaşdırılır.

Milun Tesovic
Milun Tesovic

2002-ci ildə Milunun 16 yaşı olur və o musiqi saytı yaratmaq qərarına gəlir. Saytda sadəcə sevdiyi musiqilərin siyahısı yerləşdirilir. İki il sonra Milan sevdiyi məşğuliyyəti biznesə çevirir. Metrolyrics.com saytının bazasında indi 2 milyon mahnı mövcutdur. Şirkətdə 20 nəfər çalışır, əsas gəlirləri reklamdanır.

Tesovic 21 yaşında öz ilk milionunu qazanır. Gənc hal-hazırda bizneslə bərabər Kanadada univerisitet təhsilini davam etdirir.

Jamie Murray Wells
22 yaşında ilk milionunu qazanmış 12 insan
Jamie Murray Wells

Universitetin buraxlış imtahanından öncə Jamie eynəyə ehtiyacı olduğunu anladı. Optikə müraciət edərkən yüksək qiymətləri görüb təəcübləndi. Narazı qalaraq istehsal müəssisələrinin işçiləri ilə əlaqə yaradır. Nəticədə texniklərdən biri ona eynəklərin 150 dollara satıldığını, əslində isə 7 funta başa gəldiyini söylədi.

Bu informasiyadan təsirlənən Jamie onlayn eynək satışı saytı yaradır. İşə yatırdığı ilk pullar tələbə təqaüdü təşkil edirdi. Daha sonra isə tədricən işini genişləndirir. İlk ildə Wells 22 000 eynək satır. İllik gəlir isə bir milyon funt təşkil edir. 2009-cu ildə isə bu isə 70 işçi qoşulur və sayt vasitəsilə üç dəqiqəyə bir eynək satılır.

UFC-nin 5 ən varlı döyüşcüsüKişi olmaq qadın olmaqdan çətindir. 8 sübut (qadınların fikrincə)

Fikirlərinizi bildirin.