16 əsas işgüzarlıq etiketi qaydaları. Bu materialda təqdim edilən bir çox qaydaları daha çox baza qaydaları hesab edilirlər. Bunların heç birində qeyri adi və ya təəcüblənəcək heç nə yoxdur.
Ancaq, vaxtaşırı olaraq bu nüansları yada salmaq, xatırlamaq gərəklidir. Nəticədə sizin işgüzar kommunikasiyanız daha çox nəticə verən hala gəlmiş olacaqdır. Atdığınız hər bir addım, verdiyiniz hər bir qərar daha sivil və adekvat forma alacaqdır. Bu sankı müəyyən mədəniyyət səviyyəsini müəyyənləşdirən ardıcıllıqlar sistemidir.
Beləliklə, keçid alaq top 16-lığımıza.
Müddət və təhvil vaxtları barəsində olduqca diqqətli olun
Əvvəlcədən razılaşdığınız vaxta uyğun olaraq razılaşdırılmış yerdə olmağa çalışın. Əgər gecikmə halları baş verərsə və ya ümumiyyətlə gələ bilməyəcəksinizsə zəng edin və qarşı tərəfi xəbərdar edin. Bacardığınız qədər yaranmış məsələ ilə bağlı hadisələri kompensasiya etməyə çalışın. Misal olaraq, əlaqə üçün başqa mütəxəsisin nömrəsini verin, əlaqələndirməyə çalışın.
Dress-koda riayət edin
Dress-kod deyərkən yalnız işlə bağlı yığıncaqlar nəzərdə tutulmur. Ümumiyyətlə iş həyatınızda vahid tərzə diqqətlə yanaşın. Digər hallarda isə yaranmış vəziyyətə uyğun olaraq seçiminizi edə bilərsiniz. İdman tərzi yalnız idman tədbirləri üçün, gecə geyimləri və şıklıq isə gecə tədbirləri üçün nəzərdə tutulmuşdur.
İş yerinizi səliqədə saxlayın
Unutmayın ki, gün ərzində iş stolunuza yalnız siz deyil, iş yldaşlarınızda baxmalı olurlar. Bu bir növ sizin daxili dünyanızın nümayişidir. Ətrafınızın səliqədə olması haqqınızda yalnız müsbət fikirlər yarada bilər.
Təmiz nitq, səlist danışıq
Bacardıqca fikirlərinizi düzgün şəkildə ifadə etməyə çalışın. Ünsiyyəti düzgün qurmaq bacarığı və düzgün cümlələri ard-arda gətirmək qabiliyyəti olduqca önəmli məsələdir.
Məktubların işgüzar formada yazılışı və tərtibatı
Partnyorlarla və ya kolleqalarla yazışmalar zamanı işgüzar tərzi qorumağa çalışın. Jarqon sözlər və ikimənalı cümlələrin yazılışı yol verilməzdir.
Yalnız bir nəfər danışmalıdır
Ətrafdakıların sözlərini kəsməyə çalımayın. Qarşınızdakı adamın sözünü, fikirlərini ifadə etməyini gözləyin və yalnız o bitirdikdən sonra çıxış edin.
Qarşınızdakı insanla ünsiyyət zamanı əl hərəkətlərindən çəkinin
İşgüzar həyatda və ümumiyyətlə bizim mədəniyyətdə ünsiyyət zamanı əl-qol hərəkətləri və ya üz mimikalarından çox istifadə etmək qeyri ciddi və qeyri düzgün görünür. Əl hərəkətləri kimi yalnız əl sıxa bilərsiniz.
Şəxsiyə keçməyin
Baş vermiş hadisələrlə, rəfdarla, hərəkətlərlə bağlı qərarlar verdikdə qərarlarınız yalnız baş verənlərə yönəlik olsun. İnsanın şəxsiyyətinə deyil. Başqa sözlə desək, qarşınızdakı işçini qiymətləndirərkən şəxsi yaxınlıqları, dostluğu nəzərə almadan qiymətləndirmə aparın.
Konfedesiallığa riayət edin
Korporativ sirlər və ya konfedisiallıq tələb edən istənilən informasiya müvafiq icazə verilmədən iclas otağından kənara çıxa bilməz.
Subordinasiyaya fikir verin
Subordinasiya qaydalarını ciddiyə alın. Hər bir ortamda və kollektivdə olduqca ciddi məsələrdəndr.
Telefonla danışıq qaydaları
Gec cavab verməməyə çalışın. Adətən üç zəngə qədər cavab verilməlidir. Dəstəyi götürərkən “Allo”, “Eşidirəm” kimi ifadələrdən çəkinməyə çalışın. İşlə bağlı mobil telefon nümərəsindəsinizsə şirkətinizin adı və vəzifəniz bildirilməlidir.
Kömək edə biləcəyiniz təqdirdə yardım təklif etmək
Misal olaraq, olmayan insana məlumatın ötürülməsi, sənədlərin verilməsi, çatışmyan informasiyanın səsləndirilməsi və s.
Jest və minimikanın aradan qaldırılması
Jestikulyasiya və artikulyasiyadan uzaq durun.
Səliqəli görünüş
Gigienanın baza qaydalarına riayət edin, səliqəli və təmiz görünün.
İşgüzar etiketin baza qaydalarına əməl edilməsi
Ünsiyyət zamanı düzgün mvqe tutmaq gərəklidir. Söhbət etdiyiniz insandan nə çox uzaq durmayın, nədə çox yaxın. Oturmusunuzsa, əllərinizi stolun üzərinə qoyun. Ayaqların qoyuluşuna diqqət edin.
Uşaq sexsopotologiyası. Valideyinlərin nəzərinə, Ana oğlunun həyatına necə təsir edir?