10 məşhurun ən bahalı bədən hissələri. Julia Robertsin dişləri, Kim Kardashianın arxası, Ronaldonun ayaqları və s. Bu gün sizə məşhurların ən fərqli sığorta müqavilələrini və müqavilə şərtləri barədə məlumat vermək istərdik.

Kim Kardashian, arxası – 21 milyon dollar

Mətbuatda yayılan zarafata görə – “Çox az məbləğdir. Bu məbləğə onun arxasının hər yarımkürəsini ayrıca sığortalamaq olardı” deyilirdi. Kimin sığorta müqaviləsi böyük söz-söhbətlərə səbəb oldu. Hər zarafatda bir həqiqət var. Mütəxəsislərin fikrincə həqiqətən də qiymətləndirmə olduqca aşağı məbləğə hesablanmışdır.

Mariah Carey, ayaqlar – 1 milyard dollar

10 məşhurun ən bahalı bədən hissələri 2

2000-cı illərdə Britanya mətbuatının məlumatına görə Mariah Carey böyük sığorta razılaşması bağlamışdır. Ancaq əsas olaraq onun səsi deyil, ayaqları nəzərə alınmışdır. Aydındır ki, rəsmi olaraq təsdiqlənməsə də, söz-söhbətlər dayanmadı. Bir neçə il əvvəl TMZ tabloidi məbləğin 70 milyon olduğunu bildirmişdir. Düzü bu iddia milyarddan daha çox inandırıcı səslənir.

Merv Hughes, bığlar – 379 milyon dollar

Merv Hughes adını xatırlayırsınızmı? Yəqinki yox. Hughes Avstralyanın lokal məşhuru hesab edilir. Öz evində isə əsl qəhrəmandır. Qəhərmanlığı əsasən 80-ci illərin ikinci yarısına, 90-cı illərin birinci yarısına təsadüf edir. Milli kriket komandasında oyun nümayiş etdirmişdir. İki metr boya və gözəgəlimli bığlara sahibdir. Mervinin bığları sığorta şirkətlərinin də bildirdiyi kimi çox bahalı bığlardlr.

Cristiano Ronaldo, ayaqlar, 103 milyon dollar

10 məşhurun ən bahalı bədən hissələri 4

İlk öncə Beckham, sonra isə Ronaldo ayaqlarının qeydinə qalmışdır. 2012-ci ildə futbolçunun meneceri Ronaldo üçün sığorta şirkəti ilə 100 milyon dollarlıq müqavilə imzalamışdır. Bir il sonra isə məbləğ 3% artırılaraq 103 milyona çatdırılmışdır. Bu cür ehtiyyat tədbirlər anlaşılandır. İdmançı “Reala” 94 milyona başa gəlmişdir. Buna görə də, zədələnmə hallarında oyundan və klubdan kənarda qalmağı istəmir.

David Beckham, ayaqlar və üz – 70 milyon dollar

2006-cı ildə Beckham hələ meydanlarda görünürdü və bu zaman ayaqlarını, topuğunu və üzünü ümuümilikdə 70 milyon dollara sığorta etdirmişdir. Üz hissəsinin sığorta müqaviləsinə salınmasının məqsədi oyunlar zamanı topla zədələnə bilməsinə görə deyil, reklamlarda üz cizgilərinin daha qabarıq təqdim edilməsinə görə salınmışdır. O zamanlar müqavilə böyük səs-küyə səbəb oldu və tarixə düşdü.2010-cu ildə Time dərgisisinin sözlərinə görə razılaşma idman tarixinin ən bahalı sığorta müqaviləsi hesab edilirdi.

Taylor Swift, ayaqlar – 40 milyon dollar

10 məşhurun ən bahalı bədən hissələri 6

“İlk başdan məbləğin böyük olduğunu düşünə bilərsiniz. Ancaq Swiftin ayaqlarına nəsə olarsa o konsert verə bilməyək və onun karyerası risk altında düşəcək” – fikrini xarici mətbuat müğənninin sığorta müqaviləsi haqqında yazarkən bildirmişdir. Həqiqətən də, sığortanın səsə deyil, məhs ayaqlar üçün hesablandığı qəribə görünür. Digər tərəfdən isə, həqiqətən də Taylorun ayaqları ona karyerasında hələ çox kömək edə bilər.

Julia Roberts, dişləri – 30 milyon dollar

Onun dişləri formasına görə ideal hesab edilir. Robertsin gülüşü bir növ brend hesab edilir. Məhs təbəssüm fenomen karyera yüksəlişini əldə etməyə imkan vermişdir.

Jennifer Lopez, arxa – 27 milyon dollar

10 məşhurun ən bahalı bədən hissələri 8

Uzun müddət mətbuat aktrisanıın bədəninin bu hissəsinin qorxulu məbləğə, 300 milyon dollara sığortaladığını yazmışdır. Sonradan məbləğ kifayət qədər azaldıldı və indi 27 milyon dollar kimi qiymətləndirilir. Bunun hansının yalan, hansının doğru olduğunu bir Lopez, bir nun meneceri, birdə sığorta şirkətinin nümayəndələri bilir.

America Ferrera, gülüş – 10 milyon dollar

Məşhur aktrisa dişlərini deyil, məhs gülüşünü sığorta etdirmişdir. Bu addım bir növ sosial reklam kimi qəbul olunur. Ferrera diş pastası istehsalı ilə məşğul olan şirkətlə əməkdaşlıq edir. Əməkdaşlıq eyni zamanda işsiz qadınların da pulsuz stamatoloq müayinəsini özündə cəmləyir.

Daniel Craig, bütün bədən – 9.5 milyon dollar

10 məşhurun ən bahalı bədən hissələri 10

İndi Craiginin sığortasının aqibəti haqqında məlumatlı deyilik. Ancaq, vaxtı ilə, 10 il əvvəl 10 milyon dollar olduqca yüksək məbləğ hesab edilirdi. Aktyor bəzi filimlərdə tullanış səhnələrini özü canlandırmağa başladıqdan sonra bu addımı atmalı olur.

10 məşhur bisexual qadınValideyinləri homosexual olmuş məşhurlar

Fikirlərinizi bildirin.