Əkizlərin digər bürclərlə uyğunluğu

313

Əkizlərin digər bürclərlə uyğunluğu.

Əkizlər-Qoç Əkizlər-Buğa
Əkizlər-Əkizlər Əkizlər-Xərçəng
Əkizlər-Şir Əkizlər-Qız
Əkizlər-Tərəzi Əkizlər-Əqrəb
Əkizlər-Oxatan Əkizlər-Oğlaq
Əkizlər-Dolça Əkizlər-Balıqlar

Ulduzlar sistemində üçüncü yeri tutan Əkizlər bürcü təxminən mayın 22-dən iyunun 21-nə qədər olan dövrü (31 günü) əhatə edir. Ünsürü hava, planeti Merkuri, xoşbəxt rəqəmi 3, 5, 12, 18, düşərli günü çərşənbə, bazar, düşərsiz günü cümə axşamı, astroloji rəngi bənövşəyi, boz, açıq-sarı, narıncı, uğursuz rəngi yaşıl, qiymətli daşı əqiq, dağ kristalı, metalı qızıl, gümüş, enerji verən çiçəyi marqaritka, lalə, jasmin, nərgiz, müxalif bürcü isə Oxatandır. Əkizlər bürcü Göy qübbəsində 524 kvadrat dərəcəlik sahəni tutur. Ona adi gözlə görünən 70 ulduz daxildir.

Kastor və Polluks ulduzları isə daha parlaqdır. Səmanın şimal yarımkürəsində yerləşən Əkizlər bürcü digər zodiak işarələrindən yüksəkdə durur. Bu bürcün planeti olan Merkuri astronomik hesabla birinci yeri tutur. Onu qədim Roma Allahı Merkurinin şərəfinə belə adlandırıblar. Bu planet ticarət və alış-veriş işlərinə böyük təsir göstərir, eləcə də idmanın inkişafında əhəmiyyətli rol oynayır. Qədimlərdə Merkurini həm də ölmüş insan ruhlarının və yeraltı aləmin hakimi hesab edirdilər. Onun radiusu 2440 km, elementi torpaq, tərkibi quraqlıq, xarakteri isə şöhrətpərəslikdir.Əkizlərin xarakterik keyfiyyətləri Hazırda Göy qübbəsinə hakim kəsilən bu bürc altında dünyaya gələn adamlar ilk növbədə müşahidəçilik qabiliyyəti ilə seçilirlər.

Onlar başqalarının informasiyalarından daha çox öz intuisiyalarına inanırlar. Bu bürcün sakinləri dünyanı olduğu kimi deyil, öz xəyallarındakı kimi təsəvvür edirlər. Məhz bu səbəbdən də əksər hallarda ömürləri boyu reallıqdan kənarda qalır, mürəkkəb prosseslərdə özlərini itirirlər. Əkizlər (Gemini)”Əkizlər”in ən böyük qüsuru ikili fikrə malik olmalarıdır.

Əvvəlki məqaləƏkizlər ♥ Balıqlar
Növbəti məqaləƏzələləri vurğulamaq üçün necə geyinmək gərəklidir

Fikirlərinizi bildirin.