Əti dada gətirən 5 möhtəşəm sous – Şübhəsiz ki, dadlı və gözəl bişirilmiş ət özlüyündə gözəldir. Lakin, fərqli sous yalnız ət yeməyinin dadını daha əvəzedilməz edə bilər. Ət yeməkləri üçün müxtəlif əlavələrlə sous hazırlamaq mümkündür. Tərkibindəki inqridentlər hər bir sousu sevdirə və yadda qalan edə bilər.
Sous seçimi edən zaman bir neçə məsələyə diqqət yetirmək gərəklidir. Yağlı və qızardılmış ət üçün turşu tərkibli və nisbətən acı (bibərli) əlavələr məsləhət görülür. Belə ki, turş tamlı souslar hazırlamaq üçün gavalı, alça, vişnə, alma, limon suyu və sirkə kimi inqridentlər seçilməlidir. Yağsız, parda hazırlanmış ət yeməklərinə isə xama, bibər, pomidor kimi tərkiblərə üstünlük verilir.

Əti dada gətirən 5 möhtəşəm sous
Sarımsaqlı sous

Tərkib:

  • 2 yumurta sarısı (çiy);
  • 1 xörək qaşığı duz;
  • Zövqə görə sarımsaq;
  • 1-2 xörək qaşığı bitki yağı;
  • Limon suyu və ya sirkə;
  • 1/3 stəkan xama.

Hazırlanması:

  • Yağdan başqa bütün inqridentləri qaşıqla sonra isə mikserlə qarışdırın;
  • Qarışdırmağı dayandırmadan asta şəkildə yağ əlavə edin və qatılaşana qədər qarışdırmağa davam edin;
  • Limon suyu və ya sirkəni zövqə görə əlavə edin.

Əti dada gətirən 5 möhtəşəm sous

Karri sousu

Tərkibi:

  • 2 xörək qaşığı xama;
  • 2 xörək qaşığı mayonez;
  • 2 xörək qaşığı kefir;
  • Qırmızı və qara bibər;
  • 1/2 çay qaşığı karri;
  • 2 diş sarımsaq;
  • 1 xörək qaşığı sirkə.

Hazırlanması:

  • Bütün inqridentləri qataraq yaxşıca qarışdırın.

Sous barbeku

Tərkibi:

  • 500 qram tomat pastası;
  • 1/4 stəkan vorçester sousu;
  • 1/4 stəkan qəhvəyi şəkər;
  • 1/4 stəkan alma sirkəsi;
  • 2 xörək qaşığı bal;
  • 2 xörək qaşığı şirin tamlı xardal;
  • 2 diş sarımsaq;
  • 1/4 baş soğan;
  • 1 orta kərəviz toxumu;
  • Zövqə görə qara istior.

Hazırlanması:

  • Tomat pastasını qazana tökün, ketçup halına gəlməsi üçün su əlavə edin. Aşağı təzyiqdə qazın üzrəinə qoyun;
  • Soğan, sarımsaq, kərəvəzi blenderdə xırdalayaraq sousa əlavə edin;
  • Digər inqredientləri əlavə edərək qaynadın, 15 dəqiqə ərzində qarışdırmağı dayandırmayın.

Zoğal sousu

Tərkibi:

  • 1 stəkan şəkər;
  • 1 stəkan su;
  • 2 stəkan zoğal.

Hazırlanması:

  • Şəkəri suda qarışdırın və qaynama halına gətirin;
  • Zoğalı blenderdən keçirib siropa əlavə edin;
  • Az təzyiqli qazda qaynadın, 5-6 dəqiqədən bir qarışdırın.

Acı türk sousu

Tərkibi:

  • 2 yaşıl soğan;
  • 1 xörək qaşığı tomat pastası;
  • 2 xörək qaşığı zeytun yağı;
  • Zövqə görə duz, qara və qırmızı istiot;
  • Keşniş, şüyüd;
  • Zövqə görə bir çay qaşığı limon suyu və ya sirkə;
  • 1 qırmızı şirin bibər.

Hazırlanması:

  • Blenderdə bütün inqredientlərin doğranmasını təmin edin.

Fikirlərinizi bildirin.