Əsəbləşən zaman bədəndə baş verənlər

400
Əsəbləşən zaman bədəndə baş verənlər

Əsəbləşən zaman bədəndə baş verənlər. Əgər siz tez-tez əsəbi olursunuzsa, deməli bədəninizi ciddi təzyiqlərə məruz qoyursunuz. Əsəb bir başa olaraq orqanizmə necə təsir edə bilir? Son araşdırmalar sözü gedən məsələyə işıq salmaqda davam edir.

Xeyli müddət əsəb – toksinli emosiya hesab edilmişdir. Son araşdırmalar isə özündənçıxma hallarının, əsəbləşmənin bir başa olaraq insulta gedən yolun qısalmağına səbəb olduğunu əsaslandırmışdır. Galwaydəki İrlandiya Milli Universiteti ilə Qlobal Araşdırmalar Mərkəzinin birgə apardıqları eksperimentlər zamanı hər bir insult halı yaşamış 100 insandan 11-nin zərbədən bir saat öncə ciddi əsəbləşdiyini və ya əhvalının enməsini müəyyən edilmişdir. Böyük əhatə dairəli araşdırmanın nəticələri European Heart Journal dərgisində geniş əsaslandırılmışdır. Beləki, analizlərə 32 ölkədən olmaqla ciddi insult keçirmiş 13 462 nəfər cəlb edilmişdir.

Ekspertlərin fikrincə əsəbin və əhval-ruhiyyə pozğunluğunun ciddi fəsatlar törətdiyi təəcüblü faktor deyil. Stress halı yaşadığımız zaman insan orqanizmində stresə cavabdeh harmonların səviyyəsi ciddi şəkildə artır, ürəkdöyüntüsü sürətlənir, arterial təzyiq ani şəkildə qalxır.

“Əsəb və hirs bir başa olaraq döyüntünün sayını və arterial təzyiqi artıra bilir” – deyə NUI Galway kliniki epidomoloji mərkəzin professoru Endryu Smith bildirmişdir. Qeyd edək ki, professor araşdırmanın aparıcı mütəxəsisi qismində çıxış etmişdir. “Eyni zamanda, qan damarlarının, xüsusən də beyinlə bağlı damarların daralmasına səbəb olan müəyyən hormonlar ifraz edilə bilər. Və bu iki şey birlikdə beyində qanaxmaya, hemorragik insultda olduğu kimi qan damarının yırtılmasına səbəb ola bilər”. Statistikaya görə planetin altı nəfərindən biri sonluğu əlillik və ölümlə nəticələnə bilən insultun hədəfinə çevrilir. Bununla əlaqədar olaraq mənfi emosiyaların nəticələri xüsusi ilə bədbin görünür.

Smith, qan dövranını da maneə törədən amillər sırasında ola biləcəyini söyləyir. “Ən çox rast gəlinən işemik insultlarda baş verə biləcək başqa bir şey, beyinə gedən qan damarında lövhə və ya mövcud daralmanın olmasıdır – ürək xəstəliyində raslandığı kimi – burada təzyiq və qan axınındakı dəyişikliklər beynin bəzi hissələrini həssas edə bilir “deyə professor izah edir.

Buna baxmayaraq, ekspertlər qəzəbi ifadə etməyin yaxşı hal olduğunu bildirirlər. Britaniya Qəzəbi İdarəetmə Assosiasiyasının qurucusu, psixoterapevt Maykl Fişerin sözlərinə görə – edə biləcəyiniz ən pis şey qəzəbinizi idarə etməyə çalışmağınızdır. Onun fikrincə, bu, “daxili sakit qəzəb” yaradır. “Böyük Britaniyada biz dayim partlayışlarla yaşayırıq. Biz duyğularımızı içimizdə saxlayırıq. Lakin, buna baxmayaraq stress hormonları orqanizmə sərbəst ifraz edilir. Yəni, immunitet sistemimizi məhv edirik. Bu zaman hər cür fiziki simptomlar aşkarlana bilər”.

Qəzəb partlayışı və ya qısamüddətli stress tez-tez fizioloji səviyyədə özünü göstərir. Onlar ağız quruluğuna, ürək döyüntüsünün artmasına, həzm problemlərinə, tərləmə və ya başgicəllənməyə səbəb ola bilər. Bununla belə, sakit qəzəb daha da təhlükəlidir. Tutaq ki, siz gündəlik olaraq müdirinizdən və ya ətrafdakıların münasibətdən əsəbiləşirsiniz. Bu sizdə iştahın artmasına – nəticədə qarın piyləri, yüksək qan təzyiqi və anormal xolesterin, trigliseridlər və ya metabolik sindroma səbəb olan böyük miqdarda sərbəst üzən kortizolla nəticələnə bilər.

Beləliklə, qəzəbin təsir riskini necə azaltmaq olar? Görünür, sirr yaşadığımız hisslərin gücündədir. Londondakı Nightingale Xəstəxanasında hirslə mübarizə üzrə mütəxəssis və psixoterapevt Riçard Stivenson deyir: “Qəzəbi ifadə etmək həqiqətən sağlam vərdişdir. – Pis şey sakit qəzəbdir; heç nə demirsən, amma oturub düşünürsən”.

Nəzarət olunan dərin tənəffüsün ürək döyüntülərini yavaşlatdığı sübut edilmişdir. Eyni zamanda, Dr Andrew Weil stress və yuxusuzluğu aradan qaldıraraq bədəni yenidən işə sala biləcək üsullar təklif edir: “Hamımız qəzəb epizodlarının və ya xoşagəlməz vəziyyətlərin öhdəsindən gəlməyə kömək edə biləcək mübarizə strategiyaları tapmalıyıq,” Andrew Smith təkid edir – “Daim vücudumuzun reaksiyasına səbəb olacaq hadisələr baş verir. Buna necə uyğunlaşa biləcəyimiz çox vacibdir. Düşünürəm ki, tənəffüs məşqləri, meditasiya və ya zehinlilik texnikası ilə insanların özlərinə uyğun olanı tapması çox vacibdir.”

Bir çox tədqiqatlar müəyyən məşqlərin əhval-ruhiyyəni yaxşılaşdıra biləcəyini göstərsə də, fəaliyyət səviyyənizi artırmaq üçün diqqətli olmaq lazımdır. Belə ki, məşqləri tez-tez etmək doğru deyil. Smithin sözlərinə görə – NUI araşdırması göstərdi ki, insult halı çox vaxt vərdiş edilməmiş, ağır məşqlə də əlaqələndirilir.

Psixikanızı çox yükləməyin. Stevensonun təklifinə əsasən: “İlk növbədə sizi qəzəbləndirən şeyə münasibətinizi dəyişdirməyə çalışın”. “Mənim qanımı qaraltdın, məni məyus etdin” deyə bilərsiniz. Düşüncə proseslərinizə diqqət yetirin. Əksər halda heç kimin geri çəkilməməsi vəziyyəti daha da gərginləşdirir. Bu reaksiya eqo sayəsində qızışır.

“Qəzəb çox vaxt ikinci dərəcəli hissdir. Qəzəbin arxasında kədər, qorxu, kin, ağrı dayanır və insanlar duyğularını ifadə edə bilmədiklərindən qəzəblə özlərini ifadə edirlər”. Mütəxəssislər çılğın xasiyyətli xarakterin arxasında nəyin dayandığını öyrənməyi və qəzəb kimi təzahürlərlə mübarizə aparmağı məsləhət görürlər. Bu halda bədəniniz, o cümlədən ürək, baş və qan təzyiqiniz bunun üçün sizə minnətdar olarlar.

Hər gün idmanla məşğul olmağın düzgün olmaması barədə 3 səbəbSiqaretdən imtina sizi necə cavanlaşdıra bilər?

Əvvəlki məqaləNəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı (maddə 29)
Növbəti məqaləAvto lüğət ENG/AZ

Fikirlərinizi bildirin.