Ərlərini döyən məşhur qadınlar. Cinsi zorakılıq hallarından danışarkən biz adətən aqressiv kişilərdən təzyiq görən qadınları nəzərdə tuturuq. Fikrimizcə zorakılıq hərəkətləri ilə məşğul olan insanlar bir mənalı olaraq türmədə olmalıdırlar. Bəs əgər söhbət qadınlardan gedərsə o zaman necə? Onlar da öz portnyorlarına qarşı əl qaldıra bilərlər. Bu günki qəhrəmanlarımız yumuruqlarını oynadaraq ərlərini hədələyən və bunun müqabilində cəzalandırılmayanlardır.
Emma Roberts aktrisa
2013-cü ilin iyul ayında aktyor Eric Robertsin qızı və Julia Robertsin qohumu Emma Roberts Monrealda otellərin birində həbs edilir. O həmin oteldə boyfriendi aktyor Evan Peterslə birgə olur. Otelin işçiləri cütlüyün otağında qışqırıq səsləri eşidir və polis çağırırlar.
Polis gəldikdə isə Evanı qırılmış burun və bir neçə zorakılıq izləri ilə görürlər. Emmanı həbs edirlər. Aktrisa bölmədə bir neçə saat keçirməli olur. Nəticədə şikayət ərizəsi təqdim edilmədiyindən o azad buraxılır.
Carmen Electra aktrisa
1998-ci ildə Carmeni basketbolçu Dennis Rodmana qarşı ev zorakılığı etdiyinə görə həbs edirlər. Onların evlilikləri davadan az öncə baş tutmuşdur. Oyunçunun üzü bir neçə yerdən cızılmış və əynindəki köynək cırılmışdır. Ümumiyyətlə cütlüyün münasibətləri mütamadi olaraq polis bölməsinə zənglərlə yadda qalmışdır. Toydan 6 ay sonra ayrılmışlar.
Hillary Clinton siyasətçi
Ağ evin divarları arasında gəzən söz-söhbətlərə görə əvvəlki prezident «Bill» Clinton arvadından, senatordan az təzyiqlərə məruz qalmamışdır. Xidmətedici personalın sözlərinə görə dava zamanı missis Clinton ərinə tərəf kitablar və külqabılar atırdı. Bəzən isə hədəfi vururdu. Bir çox hallarda isə prezidentin üzündə şillə izlərini görmək mümkün idi.
Kelly Brook aktrisa
Britanyalı gözəlçənin keçmiş boyfriendi aktyor Jason Stathamın sözlərinə görə Kelly əsəbi olarkən onu itələyir və yumuruqlayırdı. Cütlük 1997-2004-cü illər arası görüşmüşlər. Nəticədə Kelly Stathamı aktyor «Billy» Zane görə atır. Ancaq ona ərə getmək istəsə də, sonradan nişanı ləğv edir.
Tonya Harding idmançı
Amerikalı idmançı buz üstü sürüşmək istedadından başqa öz kobudluğu ilə də seçilmişdir. 1994-cü ilin yanvar ayında Tonya öz rəqibi Nancy Kerrigana qarşı hücüm planlayır. Xanım aldığı zədələrə görə ABŞ çempionatında mübarizə aparmaqdan imtina edir. Bir dəfə isə xanım öz boyfriendi işıq ustası Darren Silveri döyür. İdmançı oğlanın üzünü tam qana boyayır, sonda cəzasız qalır. Ancaq rəqibinə qarşı törətdiyi əmələ görə isə 3 il icbari həbs cəzası, 500 saat ictimai işlərlə məşğuliyyət və 160 min ABŞ dolları ödəmək məcburiyyətində qalır. Əlindən çempionluq titulu alınır.
Grace Hightower aktrisa
1997-ci ildə Grace aktyor Robert De Niro ilə ailəli olur. Onlar bir neçə dəfə ayrılmış və yaxınlaşmışlar. Bu halda mətbuata bir-birilərinin çatışmamazlıqlarını açıqlamışlar. Grace dəfələrlə De Nironun narkotiklərlə problemləri haqqında danışmış, o isə öz növbəsində arvadının əsəbi halından şikayətlənmişdir. Onun sözlərinə görə xanım qısqanclıq səbəbindən dəfələrlə ona əl qaldırmışdır. Bir dəfə isə aktyorun döyülməsinə müğənni Marc Anthony şahid olmuşdur. Sadəcə bu haqda susmuşdur.