Əqrəblərdə olan – digər bürclərdə olmayan 5 keyfiyyət. “Əqrəblər – sehirbazdırlar, əqrəblər – yaxşıların yaxşılarıdırlar”- bu kimi sözlərlə onları tərifləməyə çalışmayın. Onlar tərifsiz belə özlərinə olduqcqa yüksək dəyər verən insanlardırlar. Öz istedatlarına görə su ünsürlü olmasına və Pluton planeti ilə əlaqəsinin olmasına borcludur. Əqrəblər xarakterlərinin bəzi nüyanslarına anadan olduqda sahiblənmişlər. Ömürləri boyunca isə daha da inkişaf etdirməyə cəht göstərirlər.

Keyfiyyət 1. Soyuqqanlılıq

Sunami, dalğa, partlayış – əqrəblər sadəcə qaşlarını qaldırar və siqaretlərini çəkməyə davam edərlər. Ətrafda heç kim onun daxilində baş verən çəkişmələrdən xəbərdar olmaz. Ancaq, simasında olan soyuqqanlılıq maskası heç vaxt onu yarı yolda buraxmaz. Bəlkədə elə bunlar əqrəblərin hər zaman kart oyunlarında qalib gəlmələrini izah edir. O bilefin, inandırmağın ustsıdır.

Keyfiyyət 2. “Kompüter yaddaşı”

Əqrəblərin telefon yaddaşlarında demək olar ki, telefon nömrələri olmaz. Buna nə ehtiyac varki? Nömrələri rahatlıqla başda da saxlamaq mümkündür. Onlar çox vaxt orta məktəbi yaxşı oxuduqlarından, istənilən zaman arxiv məlumatlarına baş vuraraq tarixləri, orfoqrafiq qaydaları yada salıb, qarşı tərəfin sözlərinə düzəliş edə bilər və ya şeirlər deyə bilərlər. Əqrəblər sizin simanızı uzun illərdən sonra belə xatırlaya və bütün nüyansları dəqiqliyi ilə deyə bilərlər.

Keyfiyyət 3. Ehtiras

Əqrəblərin ilk baxışdan soyuqqanlı görkəmlərinə aludə olmayın. Əksinə, bu cür temperamentə sahib ikinci bürc nümayəndəsi tapa bilmərsiniz. O qarşı tərəfə güclü nifrət hissi və ya sevgi, ehtiras istəkləri ilə yanaşa bilər. Onlar özlərini düşünmədən fəda edə bildiklərindən kənardakılardan çox seçilərlər. Etinasız yanaşmadıqları insanlar və işlər daima xüsusi diqqətlə əhatə ediləcəkdirlər.

Keyfiyyət 4. İnandırmaq bacarığı

“İnanmadım” kəlməsini işlətdikdə onun iti baxışları qarşısında donacaqsınız. Sonradan isə, dediklərini edərək Plutonun gücünün qarşısında tab gətirməyərək əsarətinə düşəcəksiniz. Qarşı gəlməyə cəhd belə göstərməyin. Əqrəblər istənilən mövzunu istənilən insanın beyninə həkk etdirə bilərlər. Onlar bu xüsusiyyətlərini təqzib etmirlər.

Keyfiyyət 5. Qarşıçıxma

Əqrəblər hər zaman sistemə qarşı çıxarlar. Qaydalara əməl etməzlər. Onlar üçün kiminsə qaydalarına uyğun yaşamaq olduqca darıxdırıcıdır. Ən maraqlısı isə ondadır ki, su ünsürü heç kimə heç nəyi sübuta yetirməyə cəhd göstərməz. O sadəcə öz baxışlarına doğru görünənləri edər və özünü haqlı sayar.

Bürclərə görə kişilərin erogen nöqtələriBürclərə görə evlənmə yaşı

Fikirlərinizi bildirin.