Əncirin kişi potensiyasına təsiri. Yer üzündə 750 -dən çox əncir növü olduğu söylənilir. İnsan təxəyyülünə bu qədər təsir edən başqa bir bitki olmayıb. Əncir haqqında bütün dinlərdə söz açılır, o, kralları, kraliçaları, elm adamlarını, əsgərləri təsiri altına ala bilib.

Əncir ağacı insan təkamülündə və mədəniyyətin yaranmasında da rol oynayıb. Bu ağaclar həm tarixə şahidlik edib, həm də onu formalaşdırıb. Əgər bu ağaclara düzgün yanaşsaq, gələcəyimizi də zənginləşdirə bilərik.

Çiçək açan bir çox bitki çiçəklərini nümayiş etdirsə də, latınca adı Ficus olaraq bilinən əncir bitkisinin çiçəkləri, içi boş meyvələrin içində gizlənir. Bundan başqa, bir çox bitkinin kökləri yerin altına inkişaf etdiyi halda, bəzi əncir növlərində köklər, yerin üzərində böyüyür.

Enerji ilə dolu bu meyvə, insanın beyninin böyüməsinə fayda verə bilər. Belə ki, bəziləri insan əlinin, əncirin yetişmişini tapıb yığa biləcək formada təkamül etdiyinə inanırlar. Əncir ağacı min illər öncə insanın ilk əkib yetişdirdiyi bitiklərdəndir.

Qədim Misir fironlarının məzarına başqa şeylərlə yanaşı, quru əncir də qoyularmış.

Türkiyə ərazisində yerləşən qara əncir (Ficus carica) bir çox qədim mədəniyyət üçün vacib bir qida olub. Şumer kralı Urukagina, 5000 il bundan qabaq əncir haqqında söz açıb. İsrailin Kral Süleymanı, ənciri musiqilərində tərif edib. Qədim yunan və romalılar isə ənciri, cənnətdən göndərilən meyvə olaraq görüblər.

Əncir təkcə şirin və ləzzətli deyil, vitamin, mineral və liflərlə dolu olan bir meyvədir. İncildə əncirin sağaltma xüsusiyyətindən söz açılır. Tarix boyunca bu ağacın sadəcə meyvəsi yox, qabığı, yarpaqları, kökləri və qatranı dərman olaraq istifadə olunub.

Kimyəvi tərkibi

Təzə əncir meyvəsinin tərkibində 24% (digər mənbələrə əsasən 75%-ə qədər) şəkər (qlyukoza, fruktoza) mövcutdur. Qurudulmuş meyvədə isə bu faiz nisbəti 37% təşkil edir. Kimyəvi tərkib siyahısasına oranik turşular, dubil maddələr, zülal, yağlar, yarpaqlarında isə kumarin ən əsası isə psoralen və berqapten mövcutdur.

Təzə əncirdə 1,3% zülal, 11.2 şəkər, 0,5% turşuluq qeydə alınmışdır. Qurudulmuş halda isə zülalın səviyyəsi 3-6%-ə qədər yüksəlmiş olur. Eyni zamanda bu halda şəkərin göstəricisi də artır ki, nəticədə quru meyvə daha şirin olur və toxluq hissi yaradır. Kalori dəyəri qurudulmuş halda 100 qrama 214 kkal təşkil edir. Tərkibində olan vitaminlərdən isə B1, B3, PP və C vitaminlərini qeyd etmək olar. Mineral maddələrdən 100 qramda 18 mq natrium, 268 kalium, 34 kalsium, 20 maqnium, 32 fosfor güstəricisi mövcutdur.

Tibdə istifadə halları

Tibdə dərman vasitələrinin hazırlanması üçün əsasən əncirin yarpaqlarından (Folium Ficusi caricae) istifadə edilir. Bu halda yarpaqlar sentyabr və oktyabr aylarında meyvə yığımından sonra toplanır. Nəticədə “Psoberan” preparatı hazırlanır ki, o da pleşivost və vitiloq xəstəliklərinin müalicəsində istifadə edilir.

Əncirin tibb sahəsində istifadəsi olduqca qədim tarixə söykənir. Onlar öskürək əlehinə, boğaz ağrıları zamanı istifadə edilib. Bunun üçün yarpaqlar isti su ilə və ya südlə dəmlənilirdi. Əncirin tərkibində dəmir maddəsi almanın tərkibindən çoxdur. Bu səbəbdən də bu meyvə dəmir çatışmamazlığı anemiyasından əziyyət çəkən xəstələrə məsləhət görülür. Yarpaqlarında olan kumarin maddəsi isə orqanizimin günəş şüaları radiasiası təsirini artırır. Qida dəyəri həddindən artıq yüksəkdir və susuzluğu yatırır.

Meyvələrdən alınan maddələr əsasında düzəldilən həblərlə yüksək ürək döyüntüsü, bronxal asma, öskürək, sinə nahiyyəsində ağrılar zamanı tədbiq edilir. Yemək qəbulunda isə nanə ilə birlikdə yemək arıqlamaq prosesini sürətləndirir. Qurudulmuş əncir keyidici effekdi bəxş edir. Siropu isə uşaqlar üçün tonik sayılır və yemək həvəsini artıraraq maddələr mübadiləsini yaxşılaşdırır. Siropdan əzələ revmotizmaları zamanı, dəri xəstəlikləri və sidik kisəsində, böyrəklərdə daşların yaranması zamanı aktiv məsləhət görülür. Bir çox qadın xəstəlikləri zamanı diqqətə alınır.

Meyvələr “Kafiol” dərmanının istehsalında istifadə edilir.

Kişilər üçün əncirin xeyri

Yuxarıda sadalanan üstün cəhədlərdən başqa onun kişilər üçün xüsusi təsiri barədə məlumatlanmaq və potensiyanın vəziyyətinə müsbət təsirləri ilə bağlı məlumatlanmaq fikrimizcə yerinə düşərdi.

İnsanın sexsual durumu bir çox hallarda onun ümumi sağlamlıq göstəricilərindən və özünü pis və ya yaxşı hiss etmə hallarından fərqlənir. Potensiyanın zəifləməsi, sexsual həvəsin azalması, narahatçılıq hallarında əncirin sizə verə biləcəyi aşağıdakı üstünlüklərini xatırlayın. Beləliklə:

  • Hərarət salıcı təsiri;
  • Anemiya halları ilə mübarizə;
  • Böyükbayıra çıxma problemlərinin həlli;
  • Əzələlərin, sümüklərin və dişlərin möhkəmlənməsi;
  • Tromp yaranma hallarının qarşısının alınması;
  • Bədən çəkisinin normallaşdırılması;
  • Tonosun qaldırılması, itirilmiş gücün bərpası;
  • Orqanizmin toksinlərdən və holestroldan təmizlənməsi;
  • Bağırsaqların işinin balanslaşdırılması;
  • Sidikqovucu xüsusiyyətinin olması.

Potensiyanın vəziyyətinin yaxşılaşdırılmasına görə təsirləri bunlardır:

  • Xöşbəstlik hormonlarının ifrazını stimullaşdırır;
  • Tutulmuş və ya daralmış damarları genişləndirir. Nəticədə qan dövranı sürətləndirir;
  • Ümumi ehtiraslanma hissini artırır.

Əncirin insan orqanizminə verə biləcəyi bəzi mənfi təsirlər də mövcutdur. Onun tərkibində yüksək miqdarda şəkər olduğundan normadan artıq meyvə istifadəsi çəki artımına səbəb ola bilər. Bu səbəbdən də onu həkimlər bəzən şirniyyat əvəzləyicisi kimi qənnadı məhsullarının əvəzinə istifadə etməyi məsləhət görürlər.

Əncirin keyidici təsirə sahib olması səbəbindən onu uzun yola çıxarkən, maşın sürərkən istifadəsi məsləhət görülmür. Nəticədə siz halsız olarsız və gəzintidən o qədərdə həzz almarsınız. Meyvələrdən səhər saatlarında istifadə daha məsləhətlidir. Axşam saatlarında yeyilən əncir yuxunuzu korlaya bilər.

Potensiyanın gücləndirilməsi üçün əncirdən necə istifadə edilməli?

Reseptlərin müxtəlifliyi hər bir insana ona daha uyğun varinatı seçmək imkanı verir. Kişilər üçün ən rahat əncir qəbulu onun meyvə kimi heçnəsiz yeyilməyidir.

Şirniyyatı sevənlər isə meyvələrdən hazırlanan içkilərdən istifadə edə bilərlər.

Əncirlə hazırlanan yeməklər

Sadaladığımız variantlar eyni anda həm doyumcul yemək yeməyə, həm də potensiyanızın səviyyəsinin artımına yardımçı olacaqdır. Xeyirli qidaların bir neçə növü mövcutdur və hazırlanmasında çətinlik yaranmır.

  • Qızardılış ət. Mal əti götürülərək doğranılır və soğan, sarımsaqla qızardılır. Əncir yuyulur və kubik şəklində doğranılır. Yemək tam hazır olmağa 3-4 dəqiqə qalmış yeməyə əlavə edilir. Bundan sonra təqdim edə bilərsiniz;
  • Əncir salatı. Əncirlər yuyulur və doğranılır. Xırda doğranmış keşniş və digər göyərtilər əlavə edilir. Zeytun yağı ilə qarışdırılır və yeməklərin yanında təqdim edilir;
  • Qrildə Fiqi. 60 qr təbii kəsmik bir qaşıq balla qarışdırılır. Meyvələr yuyulur, qurudulur və doğranılır. Meyvənin içinə qarışıq doldurularaq qrilə qoyulur. 7 dəqiqəyə hazırdır.
  • Əncir zəfəranlı süd ilə. Gecədən 1/2 stəkan südə zəfəran əlavə edilir. Səhər süd yaxşı qarışdırılır və 10 əncirin üzərinə süzülür. Gün ərzində üç dəfə bir ədəd əncir olmaqla yeyilir. Qalanı soyuducuda saxlanılır.
Qadınlar üçün əncirin xeyri

Qadınlar əsirlər boyunca öz gözəlliklərini və təravətliliklərini qoruyub-saxlamağa çalışmışlar. Əncirin tərkibindəki toxumalar maddələr mübadiləsini sürətləndirir və imuniteti yaxşılaşdırır. Şirin meyvə aclığı sürətlə yatırır, şirniyyat həvəsini azaldır və pəhrizdə olanlara kömək edir.

Kosmetika sahəsində isə əncir saç və üz dərisi üçün müxtəlif maskaların hazırlanmasında istifafə edilir. O üz dərisini təravətli edir və saç köklərini möhkəmləndirir.

Əncir kimlərə məsləhət görülmür?
  • Əncir şəkər xəstəliyindən əziyyət çəkən insanlara məsləhət görülmür. Bununla yanaşı qarın-bağırsaq traktatından əziyyət çəkənlər də əncirdən uzaq durmalıdırlar.
  • Keyidici xüsusiyyətlərinə görə istər qurudulmuş, istərsə də təzə əncir sükan arxasında uzaq yola çıxıldığı zaman istifadəsi məqsədə müvafiq deyil.
  • Əgər siz pəhrizdəsinizsə, və artıq çəkidən əziyyət çəkirsinizsə, o zaman quru meyvələrin yüksək kaloriyaya sahib olduğunu unutmamalısınız.
  • Qurudulduş əncirin qəbulu mədə və on iki barmaq bağırsağın xorası zamanı uyğun görülmür.
  • Qurudulmuş əncirin digər şirin mehvələrlə eyni zamanda yeyilməsi məsləhət görülmür. Eyni zamanda, güclü və xeyli miqdarda yemək qəbulundan sonra da əncir yemək düzgün deyil. Əks halda qarında köp olma halları baş verə bilir.

Meyvələrin xeyri barədəBananın kişilər üçün xeyri

Fikirlərinizi bildirin.