Kardio nədir?

Ən yaxşı kardio. Kardio və ya kardio məşqlər – Bu ürək döyüntüsünü artıran istənilən fiziki hərəkətlərin həyata keçirilməsidir. Ənənəvi olaraq kardio məşqlər deyərkən, aerobika, sürətli yerimə, veloidman, avarçəkmə və üzmə başa düşülür. Lakin, güc məşqləri də kardio rejimdə həyata keçirilə bilər.

Bəzi insanların fikrincə, kardio məşqlər üçün insana xeyli enerji lazımdır. Daha çox enerji üçün isə, dəri altı piylər yandırılır. Nə qədər çox tərləmə baş verərsə, arıqlama prosesi də o qədər sürətlə baş verər. Lakin, bu kimi fikirlərdə yanlışlıq var və bunlar fiziologiyaya əksdir.

Yağ yandırmaq üçün kardio məşqlər

İlk öncə anlamaq lazımdır ki, kalorilərin yandırılması kardio məşqin növündən və aktivlik səviyyəsindən deyil, məşq vaxtının müddətindən və ürək düyüntüsünün sürətindən aslıdır. Misal olaraq, üzgüçülük və tullanış (priqılkada) eyni miqdarda kalori tələb edir.

İkinci halda isə, aydın şəkildə kardio məşqlər zamanı yandırılan kaloriləri müəyyənləşdirmək gərəklidir. Eyni zamanda, unutmayın: bir qabalşdırma Coca Cola 30 dəqiqəlik orta intensivlikdə olan aktiv fikizi hərəkət deməkdir. Başqa sözlə, qida zamanı kalori miqdarını nəzarətdə saxlamaq, idman zallarında kalori yandırmaqdan daha asandır.

Məşqlər zamanı kalori yandırma cədvəli:
30 dəqiqə ərzində yandırılar kalori, kkal
Çəki 55 kq Çəki 70 kq Çəki 85 kq
Güc məşqləri 90 112 133
Su aerobikası 120 149 178
Hatxa yoqa 120 149 178
Asta sürətli aerobika 165 205 244
Aktiv güc məşqləri 180 223 266
Step – aerobika 210 260 311
İntensiv aerobika 210 260 311
Velotrenajor 210 260 311
Avarçəkmə aləti 210 260 311
Krossfit 240 298 355
Ellipsoid 270 335 400
Üzgüçülük 300 372 444
İplə tullanış (priqılkada) 300 372 444
Sürətli velotrenajor 315 391 466
10 km/saat sürətlə qaçış 375 465 555
Kardio məşqlərin arıqlamağa təsiri

Daimi kario məşqlərin arıqlamağa təsiri mexanizmi yalnız yağların yandırılmasına və ya kalorilərin istifadə olmasına hesablanmır. Orqanizmin tez əldə oluna bilən enerji almaq üçün hərəkətlərin icrası bacarığını artırır. Bu çür enerji karbohidratlardan alınaraq, qlikogendə ehtiyyata alınır.

Bu zaman yağ yandırılması məhs arıqlamağa səbəb olur. Məşqlərdən sonra itirilmiş və lazımlı kalori təmin edilir. Qida zamanı az miqdarda kalori qəbul edilərsə, orqanizm məcbur halda enerjini ehtiyyatdan, yəni yağlardan almış olar. Bu səbəbdən də, düzgün qidalanma və pəhriz artıq çəki ilə mübarizədə və bədənin düzgün formalaşmağında önəmli yer tutur.

Yağ əritmək üçün ən yaxşı kardio

Orqanizmi düzgün yağəritmə prosesinə yönəltmək üçün ilk növbədə karbohidrat ehtiyyatını boşaltmaq lazımdır. Onlar əzələlərdə likopen şəklində mövcud olurlar. Bu səbəbdən də, kardio hərəkətlər ya davamlı olmalıdır (30-40 dəqiqədən az olmayaraq), yada güc məşqlərindən həmən sonra icra edilməlidir.

10 dəqiqəlik qaçış insanı 30 dəqiqədən artıq sürətli yerişdən çox yormasına baxmayaraq, sürətli yerişdə orqanizm daha çox kalori itirmiş olur. Məhs bu səbəbdən də, ən effektiv məşq proqramı sürətli tempdə edilən hərəkətlər hesab edilir.

Ən yaxşı kardio

Arıqlamaq üçün qaçış niyə ziyanlı hesab edilir?

Yağları əritməyə çalışarkən, bir çox insanlar məhs qaçışla məşğul olmağa çalışırlar. Lakin, biz üzməyi örgəndiyimiz kimi, qaçışıda örgənməliyik. Yanlış texnika ilə və uyğun olmayan ayaqqabı ilə qaçış dizlərin ciddi zədələnməsinə səbəb ola bilər.

Arıqlamağa çalışan artıq çəkili insanlara qaçış ümumiyyətlə məsləhət görülmür. Bir müddətdən sonra sümük ağrıları yarana bilər ki, bu isə sonradan xroniki hal ala bilər. Daha çox sürətli yeriş, veloternajor, üzgüçülük məsləhətli seçimdir.

Kardio – güc məşqlərindən əvvəl ya sonra?

Güc məşqlərindən öncə edilən kardio mühüm isinmə hərəkəti hesab edilir. O orqanizmi ağır məşqlərə hazırlayır, qan dövranını sürətləndirir, bədənin hərarətini artırır. Düzgün qızışma hərəkətləri özündə 5-10 dəqiqə, dəqiqədə 120-140 ürək döyüntüsü nəzarətdə saxlanılmaqla yüngül kardionu nəzərdə tutur.

Güc məşqlərindən sonra kardio hərəkətlər isə əsasən əzələ relyefini yaxşılaşdırmaq istəyənlər üçün uyğundur. Eyni zamanda, qarında və yan tərəflərdə olan yağlardan da tez can qutarmağa imkan yaradır. Bu zaman intervallı kordio məşqlərə üstünlük verin.

Məşqdən sonra yağ yandırıcı kardio hərəkətlər

Adətən orqanizm eyni anda əzələ kütləsi yığmağı və yağ yandırmağı bacarmır. Lakin, məşqlərdən sonra sürətli olmayan kardio zamanı bu mümkün olur. Qanda şəkərin aşağı düşməsi, testesrtonun səviyyəsinin qalxması yağları əriməyə məcbur edir.

Bu cür kardionu 10-15 dəqiqə icra etmək yetərli olur. Yağ yandırma prosesi aktivləşir. Eyni zamanda, kardio məşqlərindən əvvəl 2-4 kapsul BCAA istifadə etməklə kardio zamanı əzələ bərpasını da təmin etmiş olarsınız.

Öz bədən çəkinizlə edilən 15 kardio məşq hərəkətiKişilərdə dərialtı yağların effektiv əritmə yolları

Fikirlərinizi bildirin.