Ən bahalı boşanma mübahisələri

141

Ən bahalı boşanma mübahisələri. Ən yaxın tarixdə bütün mediyada Melinda Gates-in boşanma mübahisəsi maraq oyatmışdır. Lakin, araşdırmalardan sonra bu məhkəmənin heç də dünyanın ən bahalı məhkəmə prosesi olmadığı məlum oldu.

Melinda ilə Bill Gates arasında yaşanan boşanma hadisəsi olduqca böyük səs-küyə səbəb olmuşdur. Ekspertlərin fikrincə bu ayrılıq dünyanın ən bahalı ayrılığı olacaqdı. Lakin, rəsmi məlumatlara görə liderlik tamami ilə başqa cütlüyə aitdir.

Bu günki məqaləmizdə 7 hal üzrə ərlərin əvvəkli arvadlarına ödəməli olduqları ağılagəlməz məbləğlər barədə danışmaq istərdik. Aydın məsələdir ki, söhbət milyard dollarlardan gedir. İlk öncə, milyard ifadəsini tam böyüklüyü ilə anlamaq üçün deməliyik ki, şəxsi təyyarə üçün sizə bir milyondan 60 milyona qədər vəsait, şəxsi ada üçün 3-30 milyon vəsait, yaxta üçün təxmini 10 milyon dollar vəsait, Avropada 2-3 mərtəvbəli villa tərzində olan ev üçün isə 2-3 milyard dollar yetərli olar. Siz sadalananların hamsını eyni vaxta alsanız belə, yenədə ömrünüzün sonuna qədər xərcləməyə kifayət qədər pulunuz qalacaq.

Yeddinci yer
Bernie və Slavica Ecclestone

Slavica Ecclestone 1.2 milyard dollar əldə etmişdir.

Xanım Armani-nin modeli, bəy isə – “Formula – 1”-in direktorudur. İlk görünüşdə “ideal görüntüyə sahib cütlük” bir müddət sonra narazılıqlarla üzləşirlər. “İdeal görüntüyə sahib cütlük” deyrkən biz – arada olan 28 il yaş fərqini və 29 sm boy fərqini (Slavica Bernie-dən daha hündürdür) nəzərdə tuturuq. Cütlük 2009-cu ildə, 23 il davam edən ailə münasibətlərindən sonra ayrılmağa qərar verirlər. Boşanmanın əsas səbəbkarı eks-model hesab edilir. Mediyaya verdiyi qərarı ərinin dözülməz xasiyyətinə tap gətirə bilmədiyi ilə əlaqələndirmişdir.

Ecclestone əvvəlki həyat yoldaşına 1,2 milyard dollar ödəməli olur. Bu isə İngiltərənin ən bahalı ayrılığı anlamına gəlir. Bundan sonra Slavicanın ilk işi çoxdankı arzusunu yerinə yetirmək olur. 60 milyon dollar verərək şəxsi təyyarə əldə edir.

Lakin, 2014-cü ildə boşanma ilə bağlı maraqlı faktlar ortaya çıxmışdır. Sən demə, Slavica hər il eks ərinə 100 milyon dollar ödəməli olacaq. Bunun nə qədər davam edəcəyi hələ məlum deyil.

Altıncı yer
Bill və Sue Gross

Ən bahalı boşanma mübahisələri 2

Sue Gross 1.3 milyard dollar əldə etmişdir.

2016-ci ildə Bill Gross 30 illik evlilikdən sonra həyat yoldaşı Sue-dan boşanmaq qərarına gəlir. Davazıs yolları ayırmaq asan olmur. Məsələ açıldıqdan sonra qarşı tərəflər bir-birilərini psixi problemlərinin olması ilə iddiham edirlər. 2017-ci ildə nəhayət ki, boşanma prosesi və əmlak bölgüsü yekunlaşır. Öz azadlığı üçün Bill eks həyat yoldaşına 1.3 milyard dollar ödəməli olar. Bu isə ümumi var-dövlətinin yarsı deməkdir. Nəticədə Forbes siyahısından adı çıxarılır. Eyni zamanda sevdiyi üç pişiyi də yoldaşına verməli olur.

Eyni zamanda Sue Pablo Pikassonun “İstirahət” adlı şəkilini də özü ilə götürür. Sən demə xanım sənət əsərini boşanmadan öncə dəyişdirərək yerinə saxta rəsm əsəri asmışdır. Bill xəbəri örgəndikdən sonra əsəbləşsə də, xanım şəkli 35 milyon dollara sata bilmişdir.

Ən ağrılı məqam isə qadına Kaliforniyada yerləşən olduqca böyük qalaya bənzər Laguna Beach villanın keçməsidir. Bill üçün bu ağır zərbədir. Nəticədə milyarder havalanma sisteminə iylənmiş balıqlar qoyur, evi üfunət iyi verən maddələrlə pisləyir, ümumi interyerə ziyan vurur. Sue ərini yenidən məhkəməyə verməli olur.

Beşinci yer
Rupert Murdoch və Anna Torv

Anna 1.7 milyard dollar əldə etmişdir.

Rupert Murdoch 1968-ci ildə Anna Torv ilə ailə həyatı qurur. Bu onun milyarder olmamışdan öncəki illərinə təsadüf edir. 30 il bir damın altında yaşadıqdan sonra 1999-cu ildə ayrılmaq qərarına gəlirlər. Nəticədə ayrılıq 1,7 milyard dollara başa gəlir. Lakin, məbləğin çox hissəsi uşaqların adınadır.

Maraqlısı ondadır ki, bu qədər bahalı boşanma hadisəsi Rupertin yenidən evlənmək həvəsinə mane olmur. Boşnmadan 17 gün sonra yenidən evlənir. Lakin, bu dəfə ehtiyyatlı tərpənərək nigah müqaviləsi bağlayır. Nəticədə 14 ildən sonra baş tutan növbəti boşanma nisbətən ucuza başa gəlir.

Dördüncü yer
Alec və Jocelyn Wildenstein

 

Jocelyn Wildenstein 2.5 milyard dollar əldə etmişdir.

Bu gün Jocelyn Wildenstein-I bir şoxları pişik-qadın kimi tanıyır. Bütün bunlar onun plastik əməliyyatlara olan həvəsi ilə bağlıdır. Boşanma da məhs bu səbəbdən baş vermişdir. Jocelyn hər zaman özünü yüksək qiymətləndirmiş və 17 yaşından etibarən yalnız varlı kişilərlə görüşmüşdür. 1978-ci ildə xanım art-diler Alec Wildensteinə ərə gedir.

20 il birlikdə davam edən ailə həyatından sonra Alec artıq həyat yoldaşının gülüş mənbəyinə çevrilməsinə dözə bilmir. Boşanma böyük səs-küyə səbəb olur. Cütlük bir-birilərini silahla hədələyir, sonradan qarşı tərəfi xəyanət və zorakılıqda iddiham etməyə başlamışlar. Pişik-qadın qalmaqallardan sonra 3,8 milyar dollar əldə edir: 2.5 milyard dollar bir dəfəlik ödəniş, 13 il boyunca isə hər il 100 milyon dollar. Lakin, ödənişlər tam başa çatmır, Alec 2008-ci ildə rəhmətə gedir.

İlk başdan məbləğ inanılmaz görünsə də, xanım bunun öhdəsindən tez gəlir. 2018-ci ildə özünü müflis elan edir.

Üçüncü yer
Bill və Melinda Gates

Ən bahalı boşanma mübahisələri 5

Melinda Gates 5.7 milyard dollar əldə etmişdir.

Bill və Melinda Gatesin 27 il birgə yaşayışdan sonra boşanma xəbəri şok effekti verdi. Heçkim cütlüyün nə zamansa boşanacağını düşünmürdü. Gəzən söz-söhbətlərə görə Melinda artıq ərinin xəyanətlərinə dözə bilmirdi.

Ətrafda artıq hamı boşanmanın olduqca bahalı boşanma prosesi olacağını anlamışdır. Əmlakın bölgüsü məsələləri tam olaraq ictimaiyətə açıqlanmır. Lakin, jurnalist araşdırmalarına görə Melindanın əldə etdiyi aksiyaların 5,7 milyard dəyəri olduğu müəyyən edilmişdir. Microsoftun təsisçisinin varidatının 152 milyard dollar olduğunu nəzərə alsaq, 5,7 milyard dolların yekun məbləğ olmadığı gün kimi aydındır.

İkinci yer
Roman və İrina Abramoviç

İrina Abramoviç 6 milyard funt sterling (və ya 8.3 milyard dollar) əldə etmişdir.

Roman və İrina Abramoviçin 16 illik nigahının dağılması olduqca sakit və sülhlə baş tutmuş addım olmuşdur. O zamanlar heç biri mediyaya bir-biriləri haqqında mənfi fikirlər bildirməmişlər. Abramoviçin beş uşağı anaları ilə yaşamalı olur. Oliqarx isə öz növbəsində xaricdə yerləşən əmlakını (Londonda iki mənzili, Böyük Britanya ərazisində dörd villanı və Fransada olan qalanı) və ailə yaxtasından istifadə hüququnu onlara təqdim etmişdir.

Bundan başqa, bəzi məlumatlara görə İrina Abramoviç bundan sonrakı həyatında heç nəyə ehtiyac duymaması üçün 8,3 milyard dollar vəsait almışdır.

Birinci yer
Jeff Bezos və MacKenzie Scott

Ən bahalı boşanma mübahisələri 7

MacKenzie Scott 38 milyard dollar əldə etmişdir.

İnanılmaz məbləğ Jeff Bezos tərəfindən eks həyat yoldaşı olan MacKenzie Scotta 2019-cu ildə ödənilmişdir. Cütlük 25 il birlikdə yaşadıqdan sonra sakit formada ayrılmışlar. Onlar Bezosun varlanmamışdan əvvəlki illərində ailə qurmuşdular. Bu səbəbdən də, nigah müqaviləsi bağlamamışlar.

Beləliklə, MacKenzie ərinin var-dövlətinin yarısına iddia etmək şansı qazanır. Bu isə təxmini 70 milyard dollar deməkdir. Lakin, qadın insaflı davranaraq daha az məbləğ istəyib. Nəticədə Jeff Bezos və MacKenzie Scott Amazondakı birgə səhimlərinin 4/1-I hissəsinə razılaşmışlar ki, buda 38 milyard dollar deməkdir. Bu günə boşanma dünyanın ən bahalı boşanma hadisəsi hesab edilir.

UFC-nin 5 ən varlı döyüşcüsüTOP 10 ən varlı aktyor

Əvvəlki məqaləAdamların daşınması (maddə 56)
Növbəti məqaləBəzi xoşagəlməz qoxulardan qurtulma yolları

Fikirlərinizi bildirin.