Əlavə məlumat nişanları (lövhəciklər) (maddə 68)

88

Əlavə məlumat nişanları (lövhəciklər) birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırır. Lövhəciklər birlikdə tətbiq olunduqları yol nişanının bilavasitə altında yerləşdirilir. Yolun hərəkət hissəsinin qırağında və ya səkinin üstündə asıldıqda 7.2.2-7.2.4, 7.13 əlavə məlumat nişanları yol nişanlarının yan tərəfində yerləşdirilir.

Nömrə İşarə Mənası
7.1.1
Obyektə qədər məsafə. Hərəkət istiqaməti üzrə nişandan sonra olan təhlükəli sahəyə kimi, tətbiq edilən məhduddiyyətlərin başlanğıcına kimi və ya obyektə (yerə) kimi qalan məsafəni göstərir (şəkil 1).
7.1.2
Obyektə qədər məsafə. 2.4 nişanından yolayrıcına kimi (əgər qarşıdakı yolayrıcının önündə 2.5 nişanı quraşdırılmışdırsa) olan məsafəni göstərir (şəkil 2).
7.1.3
Obyektə qədər məsafə. Yoldan kənarda olan obyektə kimi məsafəni göstərir.
7.1.4

7.2.1
Qüvvədəolma zonası. Xəbərdarlıq nişanları ilə göstərilmiş təhlükəli sahənin və ya qadağan və məlumatverici-göstərici nişanların qüvvədə olduğu sahənin mövcud uzunluğunu göstərir (şəkil 3).
7.2.2
Qüvvədəolma zonası. 3.27-3.30 qadağan nişanlarının qüvvədə olduğu sahəni göstərir.
7.2.3
Qüvvədəolma zonası. 3.27-3.30 qadağan nişanlarının qüvvədə olduğu sahənin qurtaracağını göstərir, yəni nişanların qüvvədə olduğu sahə ancaq ona kimidir.
7.2.4
Qüvvədəolma zonası. Sürücüləri məlumatlandırır ki, onlar 3.27-3.30 qadağan nişanlarının qüvvədə olduğu sahədə yerləşirlər, yəni nişanların qüvvədə olduğu sahə həm nişana kimi, həm də nişandan sonra mövcuddur (şəkil 4).
7.2.5
Qüvvədəolma zonası. Meydanın hər hansı bir tərəfində, binanın fasad hissəsi qarşısında və bunlara oxşar yerlərdə 3.27-3.30 qadağan nişanlarının qüvvədə olduğu sahəni və istiqaməti göstərir.
7.2.6

7.2.7
Qüvvədəolma zonası
7.3.1
Qüvvədəolma istiqaməti. Yolayrıcları qarşısında quraşdırılmış nişanların təsir istiqamətlərini və ya nişanlarla göstərilən və bilavasitə yola yaxın olan obyektlərə hərəkətin istiqamətini göstərir (şəkil 5).
7.3.2

7.3.3

7.4.1
Nəqliyyat vasitəsinin növü. Bu lövhələr birgə quraşdırıldıqları nişanların qüvvəsinin hansı növ nəqliyyat vasitəsinə şamil edilməsini göstərir (şəkil 6). Lövhə quraşdırıldığı nişanın qüvvəsini icazə verilmiş maksimum kütləsi 3,5 t-dan artıq olan yük avtomobillərinə (və həmçinin onlar qoşqu aparan zaman) şamil edilir.
7.4.2
Nəqliyyat vasitəsinin növü. Bu lövhələr birgə quraşdırıldıqları nişanların qüvvəsinin hansı növ nəqliyyat vasitəsinə şamil edilməsini göstərir (şəkil 6). Nişan qoşqu aparan minik avtomobilinə şamil edilmir.
7.4.3
Nəqliyyat vasitəsinin növü. Bu lövhələr birgə quraşdırıldıqları nişanların qüvvəsinin hansı növ nəqliyyat vasitəsinə şamil edilməsini göstərir (şəkil 6). Lövhə minik avtomobillərinə və həm də icazə verilmiş maksimum kütləsi 3,5 t-dan artıq olmayan yük avtomobillərinə şamil edilir.
7.4.4
Nəqliyyat vasitəsinin növü. Bu lövhələr birgə quraşdırıldıqları nişanların qüvvəsinin hansı növ nəqliyyat vasitəsinə şamil edilməsini göstərir (şəkil 6).
7.4.5

7.4.6

7.4.7

7.5.1
Şənbə, bazar və bayram günləri
7.5.2
İş günləri
7.5.3
Həftənin günləri
7.5.4
Qüvvədəolma vaxtı
7.5.5
Qüvvədəolma vaxtı
7.5.6
Qüvvədəolma vaxtı
7.5.7
Qüvvədəolma vaxtı. Bu lövhə birgə quraşdırıldıqları nişanların qüvvəsinin həftənin hansı günündə və ya həfdənin hansı gününün hansı saatı ərzində qüvvədə olduğunu dəqiqləşdirir (şəkil 7).
7.6.1
Nəqliyyat vasitələrinin duracağa qoyulma üsulu. Lövhəciyin tətbiq edildiyi parklanma yerlərində icazə verilən maksimum kütləsi 3.5 t-dan artıq olan yük avtomobillərinin parklanması qadağandır.
7.6.2
Nəqliyyat vasitələrinin duracağa qoyulma üsulu. Lövhəsi yalnız minik avtomobilləri və motosikletlərin səkidə və səkikənarı hissəsində təşkil edilmiş parklanma yerlərində parklanma üsulunu göstərir. Bu parklanma yerlərində icazə verilmiş maksimum kütləsindən asılı olmayaraq yük avtomobillərinin parklanması qadağandır (m.52.I, II, IV) (şəkil 8,9).
7.6.3

7.6.4

7.6.5

7.6.6

7.6.7

7.6.8

7.6.9

7.7
İşləməyən mühərriklə durma. 5.15 nişanı ilə işarələnmiş duracaqda ancaq mühərrik söndürülmüş vəziyyətdə durmağa icazə verilir.
7.8
Pullu xidmətlər. Bu lövhə göstərir ki, təqdim edilən xidmət pulludur.
7.9
Durma müddətinin məhdudlaşdırılması. Bu lövhə 5.15 nişanı ilə işarələnmiş duracaqda maksimum durma vaxtını göstərir.
7.10
Avtomobillərə baxış üçün yer. Bu lövhə 5.15 və ya 6.11 nişanı ilə işarələnmiş sahədə avtomobillərə baxış üçün estakadanın (qazmanın) olmasını göstərir.
7.11
İcazə verilən kütlənin məhdudlaşdırılması. Bu lövhə birgə quraşdırıldığı nişanın qüvvəsinin icazə verilmiş maksimum kütləsi lövhədə göstərilən həddən artıq olan nəqliyyat vasitəsinə şamil olunduğunu bildirir.
7.12
Təhlükəli yol qırağı. Bu lövhə 1.23 nişanı ilə birgə qurşadırılır və xəbərdar edir ki, yolda təmir işlərinin aparılması ilə əlaqədar olaraq yol çiyninə (hərəkət hissəsindən sağ tərəfə) çıxmaq təhlükəlidir (şəkil 10).
7.13
Baş yolun istiqaməti. Yolayrıcında baş yolun istiqamətini göstərir (şəkil 11).
7.14
Hərəkət zolağı. Nişanın və ya svetoforun hansı hərəkət zolağına şamil edildiyini göstərir (şəkil 12).
7.15
Kor piyadalar. Piyada keçidindən korların istifadə etmələrini bildirir. Bu lövhə 1.20, 5.16.1 və 5.16.2 nişanları ilə tətbiq edilir.
7.16
Yaş örtük. Bu lövhə bildirir ki, hərəkət hissəsinin səthi yaş olan müddət ərzində onunla birgə quraşdırılmış nişan qüvvədə olur (şəkil 13).
7.17
Əlilliyi olan şəxslər. Bu lövhə bildirir ki, 5.15 nişanın qüvvəsi yalnız “Əlilliyi olan şəxs” tanınma nişanı ilə təchiz olunmuş motokolyaska və avtomobillərə şamil edilir.
7.18
Əlilliyi olan şəxslərdən başqa. Bu lövhə bildirir ki, onunla birgə quraşdırılan nişanların qüvvəsi “Əlilliyi olan şəxs” tanınma nişanı ilə təchiz olunmuş motokolyaska və avtomobillərə şamil edilmir (şəkil 14).
7.19
Faranın yaxın işığı ilə hərəkət

Avtombil (Yoxlanış) – Nəqliyyat vasitəsinin identifikasiyasını yoxlamaqYanacağa qənaət etməyin effektiv yolları

1 COMMENT

Fikirlərinizi bildirin.