Əkizlər ♥ Balıqlar

170
Əkizlər-Balıqlar

Əkizlər ♥ Balıqlar. Onların səsi kəsiləndə körfəzdə ölü sükut hökm sürdü. Birdən zəif bir qışqırıq sakitliyi pozdu: “Kömək edin! Kömək edin!” Qayanın yanında iki fiqur göründü.

Əkizlər və balıqların çiyələk və krem, Oliver və Hardy (Amerikalı komediyaçı) və ya Raggedy Ann və Raggedy Andy (Johnny Grull tərəfindən yazılan uşaq kitabı personajları) kimi birləşən günəş elementləri olduğunu iddia etməyin mənası yoxdur. Bəziləri o qədər də qəddar olmasa da, illərlə davam edən münaqişələri ilə ərəblər və yəhudilər kimi bir-birinə tamamilə uyğun gəlmir və hətta düşməndirlər. Bununla belə, bu and içmiş düşmənlər arasında sülh mümkündür. Ehtimal ki, əkizlər və balıqlar arasında da xoşbəxt bir kompromis mümkündür. Günəş və Ay üçbucaqlı, sekstil birləşmək şərtilə, əkizlər zaman-zaman Neptun sularına girib balıqlara yoldaşlıq etsə, balıqlar Merkuri quşları ilə birlikdə uçmaqdan qorxmasalar, yaxşı anlaşacaqlar.

Ancaq hava elementi heç vaxt suda özünü rahat hiss etmir. Hər zaman batmaq riski var. Eynilə, su işarəsi də paraşütsüz uçmaqdan qorxur: “Biri, lütfən, aşağıda dayansın və yıxılsam məni tutsun”. Birləşmə 4-10 işarələrinin birləşməsindən ibarət olduğundan, əgər onların arasında Günəş və Ayın mənfi cəhəti varsa, hava ilə suyun qarışdırılması çox diqqətli aparılmalıdır. Əks təqdirdə, tünd və hətta təhlükəli bir duman yaranacaqdır. Düşünürəm ki, bunun biznes, ailə həyatı, sevgi və dostluq üzərində nə qədər tormozlayıcı və ya boğucu təsir göstərə biləcəyi aydındır. Yavaşlamaq (əkizlər balıqları kimi) və ya boğulmaq (balıqlar əkizləri kimi) mütləq xoşagəlməzdir.

ƏKİZLƏR: Dediyiniz hər bir sözün sizə qarşı işlədiləcəyini başa düşürsünüzmü?

BALIQLAR: Hər şey qaydasındadır. Mən artıq öyrəşmişəm.

ƏKİZLƏR: Özünüzə yazığınız gəlməyi dayandırın. Günahınızı boynunuza alırsız, ya almırsız? Danışın. Həmişə susursuz. Siz məni incitmək üçün qəsdən bunu edirsiz.

BALIQLAR: Təbii ki, günahımı etiraf edirəm. İnsan olmaqdan, insani ehtiyac və istəklərə malik olmaqdan… hətta insani qüsurlara görə də günahkaram. Bu cinayətdir?

ƏKİZLƏR: Sənin başqa insanlardan daha çox günahın var. Səndə heç bir deduktiv düşüncə yoxdur. Problemli məsələlərdən qaçırsınız, nəyisə müzakirə etməkdən imtina edirsiniz. Sən həmişə buludlarda uçursan. Dünən səndən nəsə etməyi xahiş edəndə üç dəfə mənə məhəl qoymadın, indi də heç nə etmirsən. Öz həyatın dağılarkən dostlarının ətrafında qaçır və onların problemlərini dinləyirsən. Sən mazoxist və süründürməçisən. Bu həqiqətən sənə xöşbəxtlik gətirir?

BALIQLAR: Bəli! Mən dünyanın ən xoşbəxt insanıyam. Məhkəmədə bütün dinləyənlərə söyləyərsiz ki, mən xöşbəxt idim.

ƏKİZLƏR: Bura məhkəmə deyil və sən bunu çox yaxşı bilirsən. Biz sadəcə danışırıq.

BALIQLAR: Bağışlayın… amma siz prokurora çox oxşayırsınız.

ƏKİZLƏR: Qayıdaq söhbətimizə. Xoşbəxt olduğunu söyləyirsən. Bu daha bir Neptun yalanıdır. Aydındır ki, indi kədərlisən. Depressiyadasan. Niyə burada belə qanıqara oturursan?

BALIQLAR: Çünki mən heç kimə xoşbəxtlik gətirə bilmərəm… heç sənə də.

(və ya başqa formada)

BALIQLAR: Sizi çarpaz sorğuladığım üçün üzr istəyirəm, amma… sizə inanmıram. Mən sizdən qorxuram. Dediklərinizin verdiyi ağrıları görmürsüz? Həqiqətən, nə qədər kobud və tənqidi ola biləcəyinizi hiss etmirsiniz?

ƏKİZLƏR: Başqalarından çox deyil. Mən öz fikirlərimi və hisslərimi necə aydın ifadə edəcəyimi bilirəm. Mən sizin kimi hər şeyi içimdə saxlamıram. Mən sizin qədər gizli deyiləm.

BALIQLAR: Bəli doğrudur. Siz ağıllısız. Siz məndən çox yaxşı danışırsız. Bəzən hətta parlaq olursunuz. Tez-tez. Amma… heç xoşbəxt olmusuz? Özünüzdən razısız, sakitsiz?

(fasilə)

ƏKİZLƏR: Mən… əlbəttə. Bunu niyə soruşursunuz ki?

BALIQLAR: Sadəcə maraqlıdır. Xoşbəxtlik sizin üçün nə deməkdir?

ƏKİZLƏR: Xoşbəxtlik? Bu mənim üçün nə deməkdir? Bu… sizin başa düşmədiyiniz çox şeydir.

BALIQLAR: Məsələn?

Əkizlər: Məsələn, hara getdiyimi dəqiq bilmək; ora dəqiq planlaşdırdığım zamanda çatmaq; kim olduğumu və nə istədiyimi dəqiq bilmək.

BALIQLAR: Sən kimsən? Və nə istəyirsən?

ƏKİZLƏR: Siz qəsdən məni çaşdırmağa çalışırsınız. Suallarınıza cavab verməkdən imtina edirəm.

Əkizlər Balıq
Element- hava Element- su
Kardinal- pozitiv Kardinal- neqativ
İdarə edən planet- Merkuri İdarə edən planet- Neptun
Simvol- əkizlər Simvol- balıq
Güc ünsürü- kişi başlanğıcı Güc ünsürü- qadın başlanğıcı
Əkizlər və balıqlar arasında ortaq bir cəhət var. Hər ikisi qaçan insanlar təəssüratı yaradır, sanki buqələmun kimi daim qaçırlar və ya maskalanırlar. Onların zehni və fiziki manevrləri cəld, ildırım sürətli və əlçatmazdır. Ona görə də onlar sizin qarşınızda parlayır və bir neçə saniyə sonra, artıq yox olurlar. Balıqlar özlərini daha çox sual və ağrıdan qorumaq üçün dərin emosional təbiətlərinə qərq olurlar. Əkizlər eyni səbəblərdən uçub, zehni olaraq başınızın üstündə toplanan buludlara qoşulub havaya qalxırlar.

Balıqlar varlıqlarının mürəkkəb labirintində üzürlər, çox vaxt özləri özlərini axtarırlar. Həyatın güzgüsindəki əsl simasına nəzər salmağı bacaranda əvvəlcə dəhşətə gəlir, sonra isə gözlərinə inanmırlar. Neptun təvazökarlığı ilə qəbul etmək çətin olan ilahi bir görüntü görürlər. Bunu inkar edir, gizlədir və nəhayət ondan qaçırlar. Xilası aktyorluqda və ya musiqidə, çox vaxt narkotik, alkoqol və illüziyalarda axtarırlar. Bəziləri, Neptun mahiyyətinə tamamilə yad olan, zəngin təxəyyül bəxş edən və buna görə də balıqlara heç bir xoşbəxtlik gətirməyən maddi dünyanın nəsr istəklərinə öyrəşməyi bacarırlar. Bununla belə, əksəriyyəti yaradıcı layihələrə, ictimai işlərə, elmlərə, dinlərə, müalicələrə, tədrisə sığınır və ya özlərini tamamilə dostlara, qonşulara və qohumlara həsr edirlər.

Balıqlar özlərini başa düşmürlərsə, əkizlər hər zaman vəziyyəti aydınlaşdırmağa hazırdırlar. Merkuriyalılar hər hansı bir sirri həll etməyə, hər hansı problemin həllini tapmağa, onu ayırmağa, necə işlədiyini görməyə, sonra yenidən birləşdirməyə qadir olduqlarına inanırlar. Amma özlərinin qərəzsiz tənqidindən sonra bəzən bəzi detalları yerinə qoymadan səpələnmiş halda qoyurlar. Əkizlər bürcü tərəfindən dağıdılan balıqlar, özünə hörmətini bərpa etməyə çalışaraq, illərlə çarəsizcə çırpına bilərlər. Əkizlər öz iti zehnini yetişdirməkdə və balıqlar bürcündə yaranan daimi çaşqınlığı aradan qaldırmaqda maraqlıdırlar. Lakin, bəzi əkizlər kifayət qədər dərinliyə dala bilmirlər, okeanın dibini görmür və dərk etmirlər.

Müdrik balıqlar, bir qayda olaraq, əkizlərin uşaq oyunlarına təvazökarlıqla, səmimi incəliklə baxırlar. Əkizlər ovsunlu təxəyyül diyarında yaşayırsa, balıqlar məmnuniyyətlə onlarla qalacaqlar. Amma əkizlər bütün mistik səltənətləri, hətta onlarda əylənərkən belə təhlil etməyə və etiketləməyə meyllidirlər. Bu isə, balıqlar üçün bütün marağı korlayır. Balıqlar əkizlərin marağına və təcili suallarına dözə bilmirlər. Üzərlərinə çox gedilərsə, balıqlar başqa bir axına sürüşəcək və ya ən asan yolu tutacaqlar.

Bəzən balıq bürcü kişilər və ya qadınlar şüursuz olaraq əkizlərdən intiqam alırlar. Əkizlərin yeni parlaq ideya və planlarına reaksiya verməkdən imtina edirlər. Bu, sonun başlanğıcı ola bilər. Çünki əkizlər bürcünün şövq və ilham parıltıları balıqların bədbinliyi ilə kirlənsə, münasibətlər uzun sürməyə bilər.

Hər ikisinə sevinc bəxş edəcək fəaliyyətlər var, bəzi xüsusiyyətləri ilə onlar olduqca oxşardır: məsələn, gözəlliyi qiymətləndirmək bacarığı. Çoxumuz nadir hallarda gözəlliyi hiss edirik, lakin əkizlər və balıqlar təbiətin keçici gözəlliyini, dəyişən fəsilləri, günəşin doğuşunu və qürubunu incə şəkildə çəkirlər. Hər ikisi ruhlarını sənətdə, şeirdə və musiqidə … şifahi və ya yazılı sözlərdə tapmağa meyllidirlər. Gözəllik onları bir araya gətirir. Elə bir körpü qurur ki, hər ikisi onun üzərindən günəş şüası atsınlar və bəlkə də o biri ucuna çatıb bir-birini başa düşə bilsinlər.

Aralarındakı başqa bir oxşarlıq: onları sizi diqqətlə dinləməyə və ya bir dəqiqədən çox sizə baxmağa məcbur etmək çətindir. Əkizlərin iti baxışları var, həmişə ayıq, bəzən istehzalıdır. Balıqların baxışları yumşaq, gəzən, axıcıdır. Sizə diqqət yetirdikdə anlayışla dolu olur. Baxışları kimi, əkizlər və balıqların düşüncələri də müxtəlif qalaktikalarda gəzir.

Balıqlardan məsləhət istəyə bilərsiniz, çünki karmik və mənəvi mənada balıqlar artıq hər şeyi yaşayıblar və hər şeyi bilirlər. Onlar diqqət və ibadət olmadan yaşamağı öyrəniblər. Balıqlar doğuşdan onlara əhəmiyyət verilməməsinə alışıblar. Əkizlər isə danışmağı öyrəndikləri gündən bəri dinlənilməyə və diqqət çəkməyə alışıblar. Bu, iki günəş işarəsinin yaxınlaşmasına səbəb olur. Əkizlər ünsiyyət qurmağa, fikirlərini ifadə etməyə ehtiyac duyurlar. Balıqlar isə demək olar ki, həmişə onların ürəkdən gələn narahatlıq və sevinclərini səmimi maraqla dinləmək üçün vaxt ayıra bilirlər. Ancaq bir müddət sonra əkizlər Neptunun utancaq istəklərinə müntəzəm olaraq məhəl qoymasalar, balıqların təklif etdiyi bu böyük hədiyyəni itirə bilərlər.

ƏKİZLƏR: Jurnal mənim yazdığım məqaləni qəbul etdi! Gözəldir, elə deyilmi?

BALIQLAR: Orada çəhrayı buludları görürsən? Yadımdadır, babam deyirdi: “Axşam qırmızı səma – dənizçinin sevincinə səbəb olar, səhər qırmızı səma – sudan uzaq durmağa vadar edər”.

ƏKİZLƏR: Məqalə haqqında dediklərimi eşitdinizmi?

BALIQLAR: Bağışlayın. Deyəsən eşidə bilmədim.

Əvvəlki məqaləMolekulyar səviyyədə homoseksuallıq
Növbəti məqaləƏkizlərin digər bürclərlə uyğunluğu

Fikirlərinizi bildirin.