Əfsanəvi qadınların şərəfinə adlandırılmış 5 otel nömrələri.

Due Torri Hotel, Verona, İtaliya
Əfsanəvi qadınların şərəfinə adlandırılmış 5 otel nömrələri
Əfsanəvi qadınların şərəfinə adlandırılmış 5 otel nömrələri

Otelin ən məşhur otaqlarından biri – Maria Callas Deluxe Suite-dir. Otaq İtaliyaya qastrol səfərlərində və di Verona arenasında çıxış edən əfsanəvi opera müğənnisinin şərəfinə adlandırılmışdır. Dekorun formalaşdığı ampir tərzində qədim mebellər, geniş və eleqant italiyan mərməri ilə bəzədilmişdir hamam otağı bütünlüklə Maria Callasın qulluğunda dururdu. İndi isə otelin ən imkanlı qonaqlarına təklif edilir.

Lausanne Palace, Lozanna, İsveçrə

Əfsanəvi qadınların şərəfinə adlandırılmış 5 otel nömrələri.

Otelin məşur qonağı – modilyer Gabrielle “Coco” Chanel öz şərəfinə adlandırılmış lüks nömrənin dizayn tərtibatına ciddi təsir etmişdir. Coco Chanel Suite apartamentinin sahəsi 170 kv metrdir. Otelin 5-ci mərtəbəsində yerləşir və səma-mavi rənglə krem tonlarında bəzədilmişdir. Bu gün qonaqların sərəncamına bu yenilənmiş otaqda rahat yataq otağı, dekor mərmər kaminlə bəzədilmiş geniş qonaq otağı, plazma ponel, yemək stolu və 24 kv metr böyüklüyündə geyinmə sahəsi təqdim edilmişdir.

Villa & Palazzo Aminta Beauty & SPA, Streza, İtaliya

Madjor gölünün ətrafında olan ecazkar villa xeyli sayda məşhur qonaqları qəbul etmişdir. Məşhurlar arasında dramaturq Bernard Shaw-dan tutmuş Richard Burton və Elizabeth Taylora qədər çoxları yer almaqdadır.Məhs keçən əsrin 60-cı illərində villada qonaq qalan bu məşhur amerikalı aktrisanın şərəfinə oteldə iki lüks otağın adı dəyişdirilmişdir. Liz Taylor Suites apartamentləri geniş qonaq otaqlarından, yataq otaqlarından, jakuzili hamam otaqlarından, qarderoblardan, gölə və Borromey adalarına görüntüsü olan eyvanlardan ibarətdir. Məhs bu cür üstünlüklər qonaqların da özlərini kino ulduzu hiss etməyinə imkan yaradır.

Hôtel Lancaster, Paris, Fransa

Əfsanəvi qadınların şərəfinə adlandırılmış 5 otel nömrələri.

XIX əsrin sonlarında tikilmiş daşdan olan paris malikanəsi özündə elə-belə qonaqları qəbul etməmişdir. Keçən əsrin 30-cu illərində əfsanəvi kino aktrisa və müğənni “Marlene” Dietrich üç il müddətində Hôtel Lancasteri özünün evi etmişdir. 401-nömrəli lüks otaq məşhur qonağın adı ilə adlandırılaraq xüsusi incəliklə edilən renovasiyadan sonra öz orijinal görkəmini qoruyub saxlaya bilmişdir. Marlene Dietrich Suite yataq otağından, hamam otağından və geniş qonaq otağından ibarətdir. Otağın mərkəzdə dayanan müğənninin royalı və divardan asılan Josef von Sternbergin imzası ilə olan portireti bəzəyir. Josef von Sternbergin “Mavi mələk” filminin rejisoru olmuşdur. Baş qəhrəmanı “Marlene” Dietrich canlandırmışdır.

Beau-Rivage, Geneve, İsveçrə

Əfsanəvi qadınların şərəfinə adlandırılmış 5 otel nömrələri.

Monblan sahil küçəsində yerləşən 150 illik tarixi əsrarəngiz otel xeyli sayda mötəbər qonaqları qarşılamışdır. Otelin qonaqları arasında imperatriça Avstriyalı Elizabeth “Sisi” olmuşdur. Həyatını Beau-Rivage, Geneve -nin iki addımlığında başa vuran xanımın şərəfinə apartamentlərin biri Sissi Suite adlandırılmışdır. Rəngarəng portretlərlə bəzədilmiş geniş qonaq otağı, rahat yataq otağı, hamam otağı, dekorativ mərmərdən başqa məşhrun xatirələrini qoruyub saxlamağa imkan verən özündən yadigar əşyalar da mövcutdur.

Valideyinləri homosexual olmuş məşhurlarSex zamanı dünyasını dəyişmiş məşhurlar

Fikirlərinizi bildirin.